27 May 2020, Çərşənbə
“Qarabağ” rekordçular arasında
Dmitri Nazarovdan növbəti qol
Seydiyev “Qəbələ”dən gedir
Fəriddən 2 məhsuldar ötürmə

Ölkə futbolu

“Qəbələ” Qriqorçukla yollarını rəsmən ayırdı

“Qəbələ” baş məşqçi Roman Qriqorçukla yollarını ayırıb.

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu qərar Azərbaycan Kubokunun final matçının ardından ukraynalı mütəxəssis və klub rəhbərliyi arasında keçirilən görüş zamanı qəbul olunub.

Görüş zamanı “Qəbələ” ilə Qriqorçuk arasında müqavilənin uzadılmaması qərara alınıb.

2015-ci ilin əvvəlindən “Qəbələ”nin baş məşqçisi olan Qriqorçuk bu postda 3,5 mövsüm çalışıb. “Qırmızı-qaralar”la Premyer Liqada 2 dəfə gümüş (2016/17, 2017/18), 2 dəfə bürünc (2014/15, 2015/16) mükafat qazanan ukraynalı 2 dəfə kubokun finalına (2016/17, 2017/18) qədər irəliləyib. Qriqorçukun rəhbərliyi altında 3 dəfə UEFA Avropa Liqasında çıxış edən “Qəbələ” 2015/16 və 2016/17 mövsümlərində turnirin qrup mərhələsinə qədər yüksəlib.

“Qəbələ” İdman Klubu Roman Qriqorçuka 2015-2018 illərdə komandadakı uğurlu fəaliyyətinə görə təşəkkür edir, ona gələcək həyatında və karyerasında uğurlar arzulayır.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2020
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31