29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Ölkə futbolu

“Neftçi” 700-ü kapitanla keçdi

Azərbaycan Premyer Liqasının XXXIII turunun AZAL-la ev oyunu “Neftçi” üçün yubiley qolu ilə əlamətdar olub. Futbolxeber.az saytının məlumatına görə, paytaxt təmsilçisi ölkə çempionatları tarixində öz meydanında keçirdiyi qarşılaşmalarda 700-cü qolu vurub. Bu görüşədək 338 ev oyununda 698 dəfə rəqib qapılarına yol tapan “ağ-qaralar”ın paytaxt derbisindəki 2-ci qolu yubiley xarakteri daşıyıb. “Neftçi”nin öz meydanındakı 700-cü qolunun müəllifi komandanın kapitanı Araz Abdullayev olub. AZAL-a 3:1 hesabı ilə qalib gələn “ağ-qaralar” qol sayını 701-ə də çatdırıb. Öz meydanında hamıdan çox qol vuran bakılılar 329 matçda 221 qələbə qazanıb, 76 heç-heçə edib və 42 dəfə uduzub. “Neftçi”nin öz meydanındakı top fərqi 701-209-du.

Bu qol Abdullayevin özü üçün də əlamətdar olub. Yarımmüdafiəçi “Neftçi”nin heyətində 30-cu qolunu vurub. Ölkə çempionatında 23 dəfə fərqlənən Araz avrokuboklarda 3, Azərbaycan kubokunda 4 qolun sevincini yaşayıb.


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31