Ölkə futbolu
Bir dön bizim “Bakı"ya bax...
Təqdimata-filana ehtiyacı olmayan Səməd Vurğun bu sözləri Bakı haqqında demişdi. Daha doğrusu, illər ötməsinə rəğmən dillərdən düşməyən, yaddaşlardan itməyən “Azərbaycan" şeirində paytaxtımızı da vəsf eləmişdi. Görünür, elə o vaxtlar da baş kəndimizin yaraşığına fikir verirmişlər.
Elə günü bu gün də sökülə-sökülə tikilən, tikilə-tikilə sökülən Bakıda baxmalı çox şey var. Amma bu yazı Bakı haqqında olmadığından paytaxtımızın gözəlliyi, arada-barada bu gözəlliyə xələl gətirən məsələlər barədə çox dərinə getməyə ehtiyac yoxdur. Bakı həmişə gözümüzün qabağındadı, qaçmır ki...
Bu dəfə “Bakı" haqqında yazmaq daha yerinə düşər, çünki paytaxtın adaşı sürətlə geriyə doğru qaçır. Asta-asta biz tərəflərə bəd xəbərlər göndərməkdə usta olan FİFA o gün, yəni gözəl bir yaz səhərində bu klubun olan-qalan xallarını da silib qurtardı. “Bakı" da istisinə qızınmayıb tüstüsünə kor olduğu legionerlərin badına getdi. Vaqonla gəlib eşalonla gedən belə legionerlərdən kim yarıdı ki? Bəlkə “Xəzər Lənkəran", “İnter", “Qəbələ" dağ üstə dağ qoydu görmədik, ya bəlkə “Neftçi" ağ günə çıxdı xəbərimiz olmadı? Səviyyəli-səviyyəsiz əcnəbiləri biz tərəflərə gətirib çoxüzlü müqavilələrə barmaq basıb sonra da bal tutub barmaq yalayanlar çəkilib durublar kənarda. Klublarımız isə FİFA-dan “qara kağız" almaq üçün növbəyə düzülüblər.
Hamının yerinə deyə bilmərəm, amma mənim “Bakı"nın indiki halına gerçəkdən ürəyim ağrıyır. Hafiz və Zeynal Məmmədov qardaşlarının malı-pulu ilə yaranan bu klub milli çempionatımıza əməlli-başlı rəng qatırdı. Klub titul da qazanırdı, pis-yaxşı Avropadakı stadionlarda da top qovurdu. Düzdür, arada “fair-play" qaydalarını ayaq altına atıb Azərbaycan kubokunu da ələ keçirdi. İndiki məqamda həmin məsələnin üzərində çox dayanmağa gərək görmürəm... Umu-küsünü kənara qoyub “Bakı"nı bu acınacaqlı durumdan çıxarmağın yollarını axtarmaq bəlkə elə ən doğru yoldur.
Son vaxtlar yolum bir neçə dəfə “Bakı"nın Biləcəridəki bazasında düşüb. Köhnə dostum, “Bakı"nın beşiyini yırğalamış, klubun ayaq üstə durması üçün çox əziyyətlər çəkmiş Yaşar Seyidovla üzbəüz oturub söhbətləşmişik. Hər dəfə Yaşar bəyi “Bakı"nın indiki durumdan çıxarmaq üçün göstərdiyi fədakarlıqdan heyrətlənmişəm.
Bir vaxtlar bazada metro jetonu atanda yerə düşmürdü, “Klubun işçisiyəm"- deyənlərin sayı BMT-nin Nyu-Yorkdakı baş ofisində çalışanlardan çox idi. İndi...
“Bakı" klubunun 300-dən çox uşağa bu idman növünün əlifbasını öyrədən Futbol Akademiyası bəlkə də son günlərini yaşayır. Yaşar Seyidovun rəsmi qurumların, aidiyyəti olan və olmayan təşkilatların qapısında çaldığı həyəcan təbili heç kimin vecinə deyil. Görünür, Azərbaycanda hər evdə bir futbol ulduzu yetişdiyindən “Bakı"nın Futbol Akademiyasının durumu və sabahı ilə maraqlanmaq istəmirlər. Dostum deyir ki, belə getsə, beynəlxalq təşkilatlara yazacam.
Vallah, beynəlxalq qurumların dilini bilmədiyimdən indidən nəsə deməyə çətinlik çəkirəm. Məni düşündürən bizimkilərdi. Bir vaxtlar Hafiz və Zeynal Məmmədovlara salam vermək üçün min bir oyundan çıxanlar, ortada kəndirbazlıq edənlər, “Bakı"nın heyətində uğur və para qazananlar, klubun hesabına Çexiyadan vurub Slovakiyadan çıxanlar niyə indiki ağır durumda mənəvi dəstəklərini belə çox görürlər?
Bizdə uşaq futbolunun inkişafından söz yazıb dastan bağlayanların səsi niyə eşidilmir? Günlərin birində “Bakı"nın Futbol Akademiyasının qapısından yekə bir qıfıl asılsa, bəs, onda nə deyəcəksiniz? Akademiyada top qovan 300 uşağın alqışını qazanmaq üçün bundan yaxşı fürsətmi var?
Futbol ulduzu olmaq arzusu ilə böyüyən balaca futbolçuların qarğışına tuş gəlmək istəmirsinizsə, konkret bir addım atın. Siz bilən alqış qazanmaq yaxşıdı, yoxsa qarğış...
Etibar CƏBRAYILOĞLU, “Het-trik news” qəzeti
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Qarabağ”ın avrokubok matçındakı qadın hakim - Emanuela Rusta kimdir?
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- AFFA-dan “Sumqayıt”ın futbolçusu sərt cəza
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- II turun hakim təyinatları açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- "Qarabağ"ın "Xaric segah"ı...
-
00:22
"Qarabağ"ın 5 legioneri millidən dəvət aldı
-
23:58
Yankoviç "Qarabağ"a 3 xal qazandırdı VİDEO
-
23:13
Qurban Qurbanov: “Dayanmaq fikrində deyilik”
-
21:35
“Neftçi" və "Qarabağ" qalib gəldi
-
21:09
"Neftçi" 3 xalı 3 qolla qazandı VİDEO
-
20:16
Yuri Vernidub: "Əsas odur ki, qalib gəldik"
-
18:22
"Neftçi" yoxlama oyunu keçirəcək
-
17:51
“Naxçıvan” yeni legionerlə gücləndi
-
17:37
FIFA Azərbaycanda keçiriləcək U-15 dünya çempionatı və festivalının detallarını açıqlayıb
-
17:15
"Karvan-Yevlax"da ayrılıq
-
17:00
Respublika stadionu təmir olunacaq
-
16:44
"Qəbələ" - "Neftçi": Heyətlər açıqlandı
-
16:29
PFL sponsorluqla bağlı 3-4 şirkətlə danışıqlar aparır
-
16:18
PFL rəsmisi: “Bu, Gəncə azarkeşləri üçün də böyük bayram olacaq”
-
16:03
“Neftçi”dən Surinam millisinə
-
15:36
Cüdo millimizin Bakıdakı dünya çempionatı üçün ilkin heyəti bəlli olub
-
14:52
AFFA Pakistanla futbol əməkdaşlığını müzakirə etdi
-
14:21
Güləşçilərimiz mundiala Göygöldə hazırlaşacaqlar
-
13:47
Azərbaycan Kubokunun püşkü atıldı FOTOLENT
-
13:00
Millimizin heyəti açıqlandı
-
12:15
“Turan Tovuz”un legioneri Azərbaycan millisi ilə oyuna çağırıldı
-
11:59
"Qarabağ"ın prezidenti bu bankın rəhbəri oldu
-
11:34
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
-
11:08
"Sumqayıt" "Kəpəz"lə oyuna hazırlaşır FOTOLENT
-
10:43
Hasan Şaş saxlanıldı
-
10:22
Azərbaycanın 2 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
-
09:56
"Yuventus"dan darmadağın VİDEO
-
09:31
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:17
"Beşiktaş" "Marsel"ə şans tanımadı VİDEO
-
23:20
“Qəbələ”nin yeni baş məşqçisi kollektivə təqdim olundu
-
22:59
VI turun hakim təyinatları açıqlandı
-
20:05
"Şahdağ-Qusar" 3 xalı 4 qolla qazandı VİDEO
-
19:31
DÇ: Azərbaycan millisinin rəqibləri bilindi
-
18:44
“Şahdağ Qusar” zirvədə
-
18:17
Qazaxda bədii gimnastika üzrə "Grace of Nature" turniri
-
17:36
“Liverpul” “Çelsi”yə rəqib oldu
-
16:52
"Kəpəz" 15 yaşlı futbolçu ilə peşəkar müqavilə bağlayıb
-
16:28
"Trabzonspor"un yeni baş məşqçisi məlum oldu
-
16:00
Azərbaycan Basketbol Liqasında yeni mövsümün açılış oyununun tarixi müəyyənləşib
-
15:43
"Naxçıvan"dan növbəti transfer
-
14:19
Azərbaycan kubokunun finalına bu stadion ev sahibliyi edəcək
-
13:35
Klopp Almaniya millisinin heyətini açıqladı
-
13:04
Litvanın millimizlə oyun üçün heyəti açıqlandı
-
12:41
"Neftçi" amerikalı legioneri heyətinə qatıb
-
11:27
Kamilo Duran ilk dəfə Kolumbiya millisinə çağırıldı
-
10:56
Messi növbəti titulunu qazandı
-
10:32
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:18
Boksçularımızın Avropa çempionatındakı ilk rəqibləri bəlli olub
-
10:00
"Barselona"dan 7 qollu qələbə VİDEO
-
09:43
Renat oynadı, komandası kubokla vidalaşdı
19.09.2026
18.09.2026
17.09.2026
























