6 Iyul 2020, Bazar ertəsi
"Qəbələ": Premyer Liqanın 7-cisi
"Neftçi"də belçikalı yarımmüdafiəçi
“Bavariya” “qızıl dubl” etdi
Stanislav Namaşko daha 1 il “Keşlə”də

Ölkə futbolu

“Komandamız bunu bacarmalıdı”

UEFA Avropa Liqasının III təsnifat mərhələsinin “Apollon”la Kiprdəki ilk oyunu “Qəbələ”nin avrokuboklardakı ilk heç-heçəsi ilə əlamətdar olub. Futbolxeber.az-ın məlumatına görə, səfərdəki qarşılaşmadan 1:1 hesablı heç-heçə ilə qayıdan “qırmızı-qaralar”ın təcrübəli ukraynalı yarımmüdafiəçisi Aleksey Qay matç haqda fikirlərini gabalafc.az saytına açıqlayıb: “Kiprdə keçirilən ilk görüşdən razı qaldıq. Xüsusilə də nəticəni qənaətbəxş saymaq mümkündür. Hesab edirəm ki, buna yaxşı futbol nümayiş etdirməklə nail olduq. Lakin daha yaxşı oynaya bilərik. Çünki “Apollon”a qarşı nümayiş etdirdiyimiz futbol heç də ən yaxşı oyunumuz deyil. Hələ yaxşı oyunlarımız irəlidədir. Bu səfər matçı bizim Avropa Liqasında irəliləməyimiz üçün bir təkan olmalıdır”.

Avqustun 6-da Bakıda keçiriləcək cavab oyunu öncəsi şansları bərabər qiymətləndirən Qay “Qəbələ”nin mərhələ adlamaq vəzifəsinin öhdəsindən gəlmək gücündə olduğunu düşünür:  “Apollon”la cavab oyununa çox ciddi hazırlaşırıq. İlk oyunda yaxşı nəticə əldə etsək də, şansları bərabər qiymətləndirirəm. Kiprdəki görüşdən sonra artıq hər iki komanda bir-birini daha yaxşı tanıyır. Bu üzdən də Bakıdakı matçda hər iki komanda üçün asan olmayacaq. Lakin evdə, azarkeşlərimizin önündə oynamağımız əlavə üstünlükdür. Düşünürəm ki, lazım olan nəticəni əldə edib, bu mərhələni də adlaya bilərik. Komandamız bunu bacarmalıdır”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2020
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31