27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Qondarma Dağlıq Qarabağın komandası dünya çempionatında 9-cu oldu

İyunun 1-dən 8-dək İsveçdə Tanınmamış Futbol Assosiasiyaları Konfederasiyası (ConİFA) tərəfindən tanınmamış dövlətlər arasında 1-ci dünya çempionatı keçirilib. Futbolxeber.az-ın məlumatına görə, turnirdə qondarma Dağlıq Qarabağ respublikasının da yığma komandası iştirak edib. Qondarma respublikanın komandası turniri doqquzuncu yerdə başa vurub. Keçmiş SSRİ-dən çempionatda həmçinin Cənubi Osetiya (4-cü yer) və Abxaziya (8-ci yer) də iştirak edib. Yarışın qalibi isə Nitsa qraflığı olub.

Qeyd edək ki, sözügedən turnirdə qondarma Dağlıq Qarabağ respublikasının komandasının iştirak edəcəyi məlum olduqdan sonra AFFA, Assosiasiyası Tanınmamış Futbol Assosiasiyaları Konfederasiyasına məktubla müraciət edərək qondarma Dağlıq Qarabağ respublikasının Ermənistan tərəfindən işğal altında saxlanılan Azərbaycan torpaqlarında elan olunduğunu, bu respublikanın heç bir dövlət və beynəlxalq təşkilat tərəfindən tanınmadığını qeyd edib, tanınmamış dövlətlər arasında 1-ci dünya çempionatında zəbt olunmuş Azərbaycan ərazilərini təmsil edən komandanın iştirakını qəti şəkildə pisləyib və buna kəskin etirazını bildirib. Turnirin İsveçdə keçirilməsi nəzərdə tutulduğu üçün məsələ ilə bağlı  İsveç Futbol Federasiyasına və FIFA-ya məktub göndərilib. Lakin görünən budur ki AFFA-nın səyləri heç bir nəticə verməyib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30