Ölkə futbolu
“Qarabağ” “Sumqayıt”ı udmağa, Şoliç boş qapıya qol vurmamağa məcbur idi? YAZI

“Qarabağ”ın dünən “Sumqayıt”a uduzması böyük ajiotaj doğurub. Əslində, böyük demək yalnışlıq olardı. Sadəcə, 10-15 qalmaqal axtarışçısı, “radikal”lar bunu geniş müzakirəyə çıxarırlar. Anlamaq çətindir.
Kim deyir ki “Qarabağ” “Sumqayıt”ı udmalı idi? Ağdam klubu buna məcburdu? Niyə, nööööşün? Harda yazılıb ki, Qurban Qurbanovun komandası qarşısına çıxanı məğlub etməlidir? Bəli, “Qarabağ” “Sumqayıt”a uduzdu. Amma bunu “oyunu vermək”lə əlaqələndirmək düzgün olmazdı.
“Qarabağ” meydana yarımcan heyətlə çıxdı. Lap yaxşı elədi. Mövsmü boyu əziyyət çəkən aparıcı futbolçular hər oyunda 90 dəqiqə meydanda olmağa məhkumdurlar? Qurban Qurbanov istədiyi heyəti müəyyənləşdirməkdə, eləcə də gəncləri meydana buraxmaqda azaddı. Həm də futbolçu psixologiyası deyilən bir şey var. Əgər, bu gün “Qarabağ”ın çempionluğu rəsmiləşibsə, nə qədər məcbur etsən də futbolçuları 100 faizlik konsentrasiya ilə meydana buraxa bilməzsən.
“Bavariya” Bundesliqada çempionluğunu rəsmiləşdirdikdən sonra əvvəlcə “Auqsburq”a, daha sonra da “Borussiya”ya uduzdu. Amma Almaniya mətbuatı bunu şişirmədi. Hər kəs bilir ki, bir komanda çempionluğu rəsmiləşdiribsə, qarşıdakı oyunlarda motivasiya baxımından çatışmazlıq olacaq. Bu, 100 faizdi. Heç “Bavariya”nı demirəm, adicə “Fiorentina” Avroliqaya vəsiqəni təmin etdikdən sonra öz meydanında “Sassuolo”ya uduzdu. Deməli, “Fiorentina” “Sassuolo”ya uduzdu ki, onlar “A” seriyasında qalsınlar? Məzəniz olsun! Elxan Məmmədovdan, “Sumqayıt”dan “Qarabağ”a nə? “Sumqayıt” bu mövsüm 4 oyundan 2-sində “Neftçi”ni məğlub edib. Buna nə deyirsiz? “Neftçi” də oyunu satıb?
1-2 cümlə də Aleksandr Şoliçdən yazmasam, günah olar. Xorvat futbolçunun dünənki oyunda AZAL-ın qapısından keçirdiyi qol geniş müzakirə mövzusudur. Nə var, nə var həmin epizodda AZAL-ın qapıçısı yerdə qalıb. Qalmazdı, kim ona dedi ki yerə yıxılsın? Şoliç həmin epizodu görməyə, ya da boş qapıya qol vurmamağa borclu idi? Onun yerində kim olsaydı eyni şeyi edərdi. Heç kim deməsin ki “biz vurmazdıq”.
Elə həmin AZAL-ın çempionluq uğrunda mübarizə aparan “Bakı”ya illər öncə “Şəfa”da vurduğu qolu nə tez unutduz? Niyə bu gün bir adam Junivanın “Bakı”nın qapısından keçirdiyi topu, Mahir Şükürovun autdan etdiyi hərəkəti xatırlamır? Bəli, bu, həmin AZAL-dı. Sizin dediyiniz (yazdığınız) kimi “fair-play”a tüpürən komanda. Ona görə deyiblər də, bu dünyanın qisası qiyamətə qalmaz.
Şahin ZÜLFÜQAROV

Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Abdullah Zubir: “Ona görə də qol vurandan sonra Qurban Qurbanova tərəf qaçmalıyam”
- “Zirə” Utziqin gedişindən nə qədər qazanacaq?
- Ayxan Abbasov ilin sonuna kimi millidə qalır, sonra isə...
- “Ferensvaroş” “Qarabağ”la oyundan öncə uduzdu
- Azərbaycan Premyer Liqasında ilk turun hakim təyinatları açıqlandı
- “Qarabağ”ın qapıçısı üsyan etdi: “XXI əsrdə necə süni qazonda oynamaq olar?”
- Yaşar Seyidov: “Elə problemlər yaradırlar ki, heç şeytanın da ağlına gəlməz”
- “Fiorentina”nın oyunu Əliyar Ağayevə tapşırıldı
- “Sumqayıt”dan Santuşun iddiasına cavab: “Pasport probleminin bizə heç bir aidiyyəti yoxdur”
- Emin Mahmudov etdiyi jestdən danışdı: “Bu, dinlə bağlıdır”
- Ehtiram Quliyev: “Turan ruhu böyükdür, mən komandaya bu ruhu qaytarmaq istəyirəm”
- PFL prezidenti mövsümün açılış oyununda
- "Qarabağ" Macarıstana yollandı
- Elvin Bədəlov: “Rəqib təhlükə yaratmadan qol vurdu, qəribə, dəhşət bir şeydir”
- PFL “Ayın qolu” layihəsini davam etdirəcək - Elxan Səmədov açıqladı
-
23:48
Kadinin qolu 1 xal qazandırdı VİDEO
-
23:17
Millimiz darmadağın oldu
-
23:00
Qurban Qurbanov: “Yerli məşqçilərə güvənmək lazımdır”
-
22:25
“Mövzuya bir daha qayıtmayacağam”
-
21:52
"Qarabağ" "Zirə" ilə heç-heçə etdi, "Araz-Naxçıvan" vahid lider oldu
-
21:39
"Araz-Naxçıvan" 3 xalı 2 qolla qazandı VİDEO
-
21:13
"Səbail" qələbə ilə başladı
-
20:46
Adil Şükürov: “Daha aqressiv kollektiv görmək istəyirik”
-
20:24
Elmar Baxşıyevdən qələbə şərhi
-
18:08
Millimizin yekun heyəti məlum oldu
-
17:31
Azərbaycan klubu daha bir legionerlə anlaşıb
-
17:17
“Qarabağ” təxirə salınan oyununun vaxtı bilindi
-
16:40
“Kəpəz” sabiq hücumçusunu geri qaytardı
-
15:55
“Səbail” Kamran Quliyevi transfer etdi
-
15:29
Azərbaycan III Türk Dövlətləri Universiadasında birinci olub
-
15:13
"Qarabağ" azarkeşlərinə Portuqaliyadakı oyun üçün nə qədər yer ayrılıb?
-
14:32
Azərbaycan millisi Litvaya uduzdu
-
14:06
"Qarabağ" - "Kopenhagen": Qonaq azarkeşlər üçün biletlərin qiymətləri açıqlanıb
-
13:44
Teymur Rəcəbovun iştirakı ilə "ustad dərsi"
-
13:28
Kanadalı basketbolçu Azərbaycan klubuna keçib
-
13:17
Azərbaycanlı futbolçu rəsmən Cənubi Afrika klubunda
-
12:51
Azərbaycan avarçəkənləri III MDB Oyunlarına hazırlıqlarını davam etdirirlər
-
12:30
"Şəki"dən legioner transferi
-
11:45
Milli Paralimpiya Komitəsində yeni təyinat
-
11:29
AFFA-nın komitə sədrinə Rusiyada vəzifə verildi
-
11:13
"Dünya çempionu olmaq üçün əlimdən gələni edəcəyəm"
-
10:56
"Benfika"da "Roma"nın futbolçusu ilə gücləndi
-
10:32
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:04
Ayxan Abbasov ilin sonuna kimi millidə qalır, sonra isə...
-
09:48
Onananın “Trabzonspor”a keçidi rəsmiləşdi
-
09:17
Oçoanın yeni klubu məlum oldu
-
22:59
"Səbail"dən hücumçu transferi
-
22:45
Daha bir klub Şamaxıya köçdü
-
22:23
"Sumqayıt" onunla vidalaşdı
-
18:31
"Turan Tovuz"dan yeni transfer
-
18:00
Millimiz Belçikaya qalib gəldi
-
17:16
"Araz-Naxçıvan" "Kəpəz"lə oyuna belə hazırlaşır VİDEO
-
16:57
“Qarabağ”dan iki legioner transferi
-
16:48
Şahmatın rapid və blits növləri üzrə Azərbaycan çempionatı keçiriləcək
-
16:25
PFL “Ayın qolu” layihəsində mövsümün ilk qalibini açıqladı VİDEO
-
16:00
1:11 hesablı məğlubiyyətə görə istefa verdi
-
15:33
Azərbaycan klubu braziliyalı ilə gücləndi
-
15:19
Azərbaycanlı hakim Çempionlar Liqasına təyinat alıb
-
14:52
Eşitmə məhdudiyyətli karateçilərin təlim-məşq toplanışı keçirilib
-
14:41
Millimiz Ukrayna ilə heç-heçəyə görə nə qədər mükafat alacaq?
-
14:24
“Neftçi”nin mobil tətbiqi artıq istifadədədir
-
14:06
"Sumqayıt" da trendə qoşuldu FOTOLENT
-
13:15
“Zirə” braziliyalı müdafiəçi transfer etdi
-
12:38
"Benfika" - "Qarabağ" oyununun hakimləri bəlli olub
-
12:29
Azərbaycan klubu rusiyalı voleybolçunu transfer edib
12.09.2025
11.09.2025













