22 Oktyabr 2025, Çərşənbə
Abubakar rəsmən “Neftçi”də
IX turun hakim təyinatları açıqlandı
“Neftçi” 9700 manat cərimələndi
“Qarabağ” İspaniyaya yollandı

Basketbol

"Qələbə seriyasını davam etdirməyi planlaşdırırıq"

"Öz işimizi yaxşı gördük və qalib gəldik. Növbəti oyunda da bu seriyanı davam etdirməyi planlaşdırırıq".
 
Futbolxeber.az saytının məlumatına görə, bunu "Quba"nın basketbolçusu Davonte Kraven klubun mətbuat xidmətinə açıqlamasında deyib.
 
O, Azərbaycan Basketbol Liqasının V turunda "Ordu"ya qalib gəldikləri matça (101:75) toxunub: "Qələbə qazanmalı olduğumuzu bilərək bu qarşılaşmaya çıxmışdıq. Bundan əvvəlki turda da qalib gəldik. Hamımız diqqətimizi “Ordu” ilə matça cəmləmişdik. Növbəti oyunda da bu seriyanı davam etdirməyi planlaşdırırıq. Öz işimizi yaxşı gördük və qalib gəldik. Növbəti oyunda da bu seriyanı davam etdirməyi planlaşdırırıq".
 
D.Kraven komanda yoldaşı Kameron Consun çıxışı barədə danışıb: "Onunla birlikdə yaxşı oynadıq. Amma daha yaxşısını edə bilərdik. Gözləntilərim hər ikimizin göstərdiyi performansdan qat-qat yüksəkdir".
 
Basketbolçu növbəti turda qarşılaşacaqları "Şəki" ilə oyuna kökləndiklərini vurğulayıb: "Mənə elə gəlir ki, bu matçda qalib gələcəyik və seriyamızı davam etdirəcəyik. Təbii ki, asan olmayacaq. Çünki rəqibimiz də yaxşı komandadır. Azərbaycan Basketbol Liqasında qalib gələ bilməyəcəyimiz komanda yoxdur".
 
O, ev oyunlarını Qubada keçirmələrinə də münasibət bildirib: "Azarkeşlərimiz sayəsində Qubada oynamaq böyük üstünlükdür. Onlar arenanı evimiz kimi hiss etdirirlər. Təbii ki, evdə oynamaq hər zaman yaxşıdır. Biz də qalib gələrək Qubada olan azarkeşlərimizi sevindirmək istəyirik".
 
Qeyd edək ki, dekabrın 14-də keçiriləcək "Quba" - "Şəki" görüşü saat 16:00-da başlayacaq.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31