30 Iyul 2025, Çərşənbə
Abdullazadə daha iki il “Sumqayıt”da
"Araz-Naxçıvan” Salonikidədir
“Zirə” Xorvatiyaya yollandı
Rüstəm Əhmədzadə “Sumqayıt”da

Basketbol

“Neftçi”yə məğlubiyyətin səbəbini açıqladı

“Cəlilabad” klubunun baş məşqçisi Şəhriyar Əsgərov Azərbaycan Basketbol Liqasının XI turunda “Neftçi”yə 63:72 hesablı məğlubiyyətin səbəbini açıqlayıb.

Futbolxeber.az saytının məlumatına görə, o, yenilginin heyətdəki itkilərlə əlaqələndirib: “Neftçi”yə qarşı xüsusi planlarımız var idi. Əsasən rəqibin mərkəz oyunçusunu bağlamağa çalışırdıq. Heyətimiz tam deyildi, itkilərimiz var idi. Seyidhüseyn Eynullayev və Kobi Tomasın zədəsinin üstünə ikinci hissə başlayan kimi Camani Pirsin zədəsi də gəldi. Camani ən güclü oyunçularımızdan biridir. Matçı onsuz davam etdirmək bizə əlavə çətinlik yaratdı və bu itkilərin nəticəsində dördüncü periodda fiziki cəhətdən çatdırmadıq. Yekunda məğlub olduq”.

Qeyd edək ki, “Cəlilabad” hazırda 15 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31