18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Xarici futbol

Dünya reytinqi: “Bavariya” birinci, Abışovun komandası onuncudur

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən güclü klublarının yeni reytinq cədvəlini açıqlayıb. Futbolxeber.az-ın məlumatına görə, sıralamaya əvvəlki kimi “Bavariya” başçılıq edir. Madrid “Real”ı ikinci, “Çelsi” isə üçüncü pillədə qərarlaşıb. Bu 3 komanda kimi “Atletiko”, “Barselona” və PSJ-nin də mövqeyində hər hansı dəyişiklik baş verməyib. “Tottenhem” 1 pillə irəliləməklə yeddinci yerə qalxdığı halda, 1 pillə geriləyən “Bazel” səkkizinci, “Atletiko Mineyro” isə doqquzuncu pillədə qərarlaşıb. Millimizin müdafiəçisi Rusan Abışovun çıxış etdiyi “Rubin” isə 1 pillə irəliləyərək, dünyanın ən güclü klublarası arasında 10-cu pilləyə qalxıb.

Digər tanınmış klublardan “Arsenal” 12, Dortmund “Borussiya”sı 14-cü, “Mançester Siti” 16-cı, “Fiorentina” 17-ci, “Yuventus” 18-ci, “Latsio” 24-cü, “Milan” 26-cı, “Napoli” 28-ci, “Mançester Yunayted” 30-cu, “Roma” 68-ci, “Liverpul” 129-cu, Milan “İnter”i 146-cı pillədə qərarlaşıb.  

Türkiyə klublarından ən yaxşı göstərici “Trabzonspor”a məxsusdur. Trabzon təmsilçisi 25-ci pillədə qərarlaşıb. “Fənərbaxça” 33-cü, “Qalatasaray” isə 55-cidir. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30