19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Xarici futbol

“Milan” Çempionlar Liqasındakı iştirak ərizəsinə əl gəzdirdi

“Milan” Çempionlar Liqasındakı iştirak ərizəsində müəyyən dəyişiklilər edib. Futbolxeber.az-ın məlumatına görə, qış transfer pəncərəsi zamanı komandaya transfer olunan futbolçulardan Maykl Essyen, Adil Rami və Adel Taabartın adı sifariş vərəqəsinə daxil edilib. Lakin komandanın digər yeni transferi Keysuke Honda cari mövsümdə ÇSKA-nın heyətində ÇL-də meydana çıxdığından qitənin ən mötəbər klub turnirində “Milan”a kömək edə bilməyəcək.

Komandanı tərk edən futbolçulardan Alessandro Matri (“Fiorentina”ya keçib), Antonio Noçerino (“Vest Hem”ə icarəyə verilib) və Matias Silvestrenin adı isə iştirak ərizəsindən çıxarılıb.

Hazırda zədədən əziyyət çəkən Stefan Əl-Şəravinin adı isə “A” qrupundan “B” qrupuna keçirilib. Qeyd edək ki, “B” vərəqəsində gənc və klubun öz yetirməsi olan futbolçuların adları qeyd olunur. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30