19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Xarici futbol

Maurinyo: “Komanda meydana çıxarkən futbolçuları mən yox, massajçımız ruhlandırdı”

“Çelsi”nin baş məşqçisi Joze Maurinyo İngiltərə Premyer Liqasının 24-cü turu çərçivəsində “Mançester Siti”ni 1:0 hesabı ilə məğlub etdikləri oyundan danışıb. Futbolxeber.az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis yenə də ənənəsinə sadiq qalaraq, ilginc açıqlaması ilə diqqət çəkib: “Oyundan öncə komanda meydana çıxarkən futbolçuları mən yox, massajçımız Billi Makkalox ruhlandırdı. O, şotland ləhcəsi ilə elə danışır ki, mən heç nə başa düşmürəm. Ancaq onu anladım ki, Billinin çıxışı futbolçulara əla təsir etdi. Nitq bitdikdən sonra onlar Makkaloxa minnətdarlıq edib, bir-birilərinə uğurlar arzuladılar. Tam ciddiyəm, mən futbolçularla sonuncu dəfə günorta danışmışdım. Bütün tapşırıqlarımı da onda vermişdim. Billi həqiqətən də möhtəşəm idi”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30