18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Xarici futbol

Arşavin karyerasını bitirir

Rusiya yığmasının sabiq kapitanı Andrey Arşavin gözlənilməz qərara gəlib. Futbolxeber.az-ın məlumatına görə, adı Azərbaycan klubu ətrafında hallandırılan hücumçu karyerasını bitirməyi düşünür. Böyük Britaniya mətbuatı Andreyin cari mövsümdən sonra bunu edəcəyini açıqlayıb. 

Mayda londonlularla müqaviləsi bitəcək və azad agent statusu qazanacaq futbolçunun 32 yaşı tamam olacaq. Britaniyalı həmkarlarımız iddia edir ki, Arşavinə heç bir klubdan təklif daxil olmayıb. Hərçənd, yeni klubla müqavilə şərtlərini nəzərdən keçirməyə hazırdır. 

“Arsenal” isə uzun müddətdir ehtiyatda saxladığı legionerinə yeni anlaşma təklif etmək niyyətində deyil. Buna görə də oynamamaqdan yorulan Andrey karyerasını davam etdirməklə bağlı layiqli variantların olacağına inamını itirib. Futboldan məyus olan rusiyalı idmandan getməyi ciddi götür-qoy edir. 

Qeyd edək ki, Arşavinin adı daha çox “Xəzər Lənkəran” ətrafında hallandırılsa da, klubun fəxri prezidenti Mübariz Mənsimov bunu boş iddia adlandırmışdı.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30