24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Xarici futbol

Droqba: “Üzgünəm Joze, şansınız heç yoxdu”

“Qalatasaray”ın hücumçusu Didye Droqba Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimindən sonra “Çelsi”dəki sabiq məşqçisi Joze Maurinyoya telefonda danışaraq, ona iddialı mesaj göndərib. Futbolxeber.az-ın “Fanatik”ə istinadən verdiyi məlumata görə, Droqba püşkdən sonra sabiq çalışdırıcısına şanssız olduqlarını bildirib: “Yenidən görüşəcəyimiz üçün nə qədər şad olduğumu təsəvvür edə bilməzsən. Ötən il mərhələni siz adladınız. Çünki bəxt sizin tərəfinizdəydi. Amma bu dəfə sənin üçün üzgünəm Joze, şansınız heç yoxdu. 1/4 finala biz yüksələcəyik”.

Maurinyo isə cavabında bunları deyib: “Sən hələlik bunları düşünmə. Kimin qazanacağını zaman göstərəcək. Hələlik püşkün nəticəsinin kefini çıxar”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30