20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Xarici futbol

"Real"ın futbolçuları bilərəkdən sarı vərəqə alıblar

UEFA “Real”ın baş məşqçisi Joze Maurinyo və klubun bəzi futbolçularını cəzalandıra bilər. Futbolxeber.az-ın məlumatına görə Çempionlar Liqasının 1/4 finalında “Qalatasaray”la oyunda Serxio Ramos və Xabi Alonsonun bilərəkdən sarı vərəqə almaları sübuta yetirilərsə, komandanın bir neçə üzvü cərimə olunacaq. Güman olunur ki, “Qalatasaray”la oyuna qədər Ramos və Alonsonun hesabında bir sarı vərəqə olduğu üçün ikinci sarı vərəqəni alıblar, İstanbuldakı cavab oyunun buraxmaqla “Real” futbolçuları yarımfinal mərhələsinə qədər “təmizlənmək” istəyiblər.

Qeyd edək ki, analoji hal “Real”ın qrup mərhələsində keçirilən oyunlarda da baş vermiş və Joze Maurinyo ilə yanaşı bir neçə futbolçu da UEFA tərəfindən yüksək məbləğdə cərimə olunmuşdu.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30