18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Xarici futbol

376-cı dünya derbisi: "Fənərbaxça" "Qalatasaray"a qarşı (STATİSTİKA, MARAQLI FAKTLAR)

Bu gün bütün Avropanın diqqəti İstanbula yönələcək. Saat 21:00-da (Bakı vaxtı ilə) nəfəslər tutulacaq. Səbəbi aydındır: çünki həmin vaxt nəinki Türkiyənin, bəlkə də dünyanın ən böyük derbisi olan "Fənərbaxça" -"Qalatasaray" derbisinin 376-cı hissəsi oynanılacaq.

Bütün turnirlər nəzərə alınmaqla, tərəflər bu günədək 375 dəfə görüşüblər. Qələbə sayında "Fənər" öndədir. "Sarı-lacivərdlilər" 142 dəfə meydandan qələbə ilə ayrıldığı halda, "Cim-Bom"un aktivində 120 qalibiyyət var. 113 görüşdə heç-heçə qeydə alınıb. Qol sayında da "Fənərbaxça"nın üstünlüyü var. Rəqib qapısından 524 top keçirən "Fənər" 477 dəfə məyus olub.

İki komanda arasında baş tutan ilk matç 1909-cu ilin 17 yanvarında oynanılıb. İndiki kimi - bazar günü baş tutan qarşılaşma "Papazın Çayırı" adlanan yerdə keçirilib. Yoxlama xarakteri daşıyan qarşılaşma "Qalatasaray"ın 2:0 hesablı qələbəsi ilə bitib. İlk 7 oyunun hamısını qazanan "Cim-Bom" bu müddətdə rəqibin qol sevinci yaşamasına belə imkan verməyib. Maraqlıdır ki, hazırda derbidə qalibiyyət sayında öndə olan "Fənərbaxça" ilk dəfə 1920-ci ilin 17 dekabrında, əzəli rəqibini 4:1 hesabı ilə üstələdikdən sonra qələbə sayında önə keçib.

Komandaların çempionluqları (hal-hazırda keçirilən yarışlar)

Turnir:              "Fənərbaxça"        "Qalatasaray"

Superliqa                      18                    19

Türkiyə Kuboku            6                      14

Türkiyə Superkuboku  8                      13

UEFA Kuboku               0                      1

UEFA Superkuboku     0                      1

Cəmi:                              32                    48

Komandaların çempionluqları (keçmişdə keçirilən yarışlar)

Turnir:                   "Fənərbaxça"        "Qalatasaray"

İstanbul liqi                   14                    12

Cümə liqi                       2                      2

İstanbul Şildi                 4                      1

İstanbul Kuboku           4                      1

Türkiyə çempionatı      3                      0

Milli küme                      6                      1

Başbakanlı kuboku      8                      5

Spor Toto Kuboku        1                      0

Balkan Kuboku             1                      0

Donanma Kuboku        4                      0

TSYD Kuboku               12                    12

Çelenc kuboku              2                      0

Atatürk Kuboku              2                      0

Cəmi:                              60                    35

İki komandanın özəl turnirlərdə oynadıqları finallar:

* 21 may 1920. Union Club kuboku. "Fənərbaxça" - "Qalatasaray" 4:0

* 1 oktyabr 1920. Turnuva kuboku.  "Fənərbaxça" - "Qalatasaray" 3:2

* 2 iyun 1921. "Qalatasaray" kuboku. "Qalatasaray" - "Fənərbaxça" 2:1

* 30 iyun 1922. Türkiyə İdman Cəmiyyətləri İttifaqı kuboku. "Fənərbaxça" - "Qalatasaray" 3:0

* 15 iyun 1923. İdman Dərnəyi və Spor Aləmi Məcmuaları kuboku. "Fənərbaxça" - "Qalatasaray" 1:0

* 12 iyun 1925. Türk Təyyarə Cəmiyyəti kuboku. "Fənərbaxça" - "Qalatasaray" 1:0

* 10-31 avqust 1928. Qazi Büstü kuboku. "Qalatasaray" - "Fənərbaxça" 3-3; 4-0

* 1 may 1939. Tan Qəzeti kuboku, "Qalatasaray" - "Fənərbaxça" 4:1

* 24 sentyabr 1939. Tan Qəzeti kuboku "Qalatasaray" - "Fənərbaxça" 1:1

* 7 yanvar 1940. Deprem Felaketzedelerine Yardım kuboku. "Qalatasaray" - "Fənərbaxça" 2:0

* 1 dekabr 1946. Dostluk kuboku. "Qalatasaray" - "Fənərbaxça" 1:0

* 20 noyabr 1949. Son Saat Qəzeti kuboku. "Fənərbaxça" - "Qalatasaray" 2:0

* 1 may 1951. Maarif Vekaleti Şildi. "Qalatasaray" - "Fənərbaxça" 4:2

* 30 mart 1958. Mülkiye kuboku. "Qalatasaray" - "Fənərbaxça" 1:1 (kubok ikin yerə bölündü)

* 24 yanvar 1960. Hasan Polatkan kuboku. "Qalatasaray" - "Fənərbaxça" 2:1

* 3 iyul 1960. Cemal Gürsel kuboku. "Fənərbaxça" - "Qalatasaray" 1:0

* 24 yanvar 1966. Ali Sami Yen-Galip Kulaksızoğlu kuboku. "Fənərbaxça" - "Qalatasaray" 1:0

* 30 avqust 1972. Zafer Bayramı kuboku. "Fənərbaxça" - "Qalatasaray" 1:2

* 21 yanvar 1973. Hasan Tahsin kuboku. "Fənərbaxça" - "Qalatasaray" 1:3

* 30 oktyabr 1973. 50. Yıl kuboku. "Qalatasaray" - "Fənərbaxça" 0:0 pen - 4:3

* 11-28 iyul 1974. Türk Donanma Vakfı kuboku, "Fənərbaxça" - "Qalatasaray" 1:4

* 3 avqust 1980. Vətən kuboku. "Fənərbaxça" - "Qalatasaray" 3:2

* 25 yanvar 1981. Barış kuboku . "Qalatasaray" - "Fənərbaxça" 1:1 püşklə "Qalatasaray" qalib oldu)

* 21 iyul 2010. Spor-Toto Dostluk kuboku. "Fənərbaxça" - "Qalatasaray" 1:0

* 12 avqust 2012. Türkiyə Super Kuboku. "Qalatasaray" - "Fənərbaxça" 3:2

* 11 avqust 2013. Türkiyə Super Kuboku. "Qalatasaray" - "Fənərbaxça" 1:0

Derbidə ən çox meydana çıxan futbolçular:

Futbolçu                                 Oyun sayı               Klubu

Turgay Şeren                           56                    "Qalatasaray"

Cüneyt Tanman                      53                    "Qalatasaray"

Esat Kaner                               49                    "Fənərbaxça"

Şeref Has                                 49                    "Fənərbaxça"

Fikret Arıcan                             46                    "Fənərbaxça"

Müjdat Yetkiner                        46                    "Fənərbaxça"

Zeki Rıza Sporel                      45                    "Fənərbaxça"

Lefter Küçükandonyadis        44                    "Fənərbaxça"

Nihat Bekdik                             44                    "Qalatasaray"

Metin Oktay                                44                    "Qalatasaray"

Derbidə ən çox qol vuran futbolçular:

Futbolçu                                 Oyun sayı               Klubu

Zeki Rıza Sporel                       28                    "Fənərbaxça"

Alaattin Baydar                          24                    "Fənərbaxça"

Lefter Küçükandonyadis         20                    "Fənərbaxça"

Metin Oktay                                19                    "Fənərbaxça"

Hakan Şükür                             17                    "Qalatasaray"

Naci Bastoncu                          15                    "Fənərbaxça"

Tanju Çolak                               14                    "Qalatasaray"

Cemil Turan                               14                    "Fənərbaxça"

Aleks De Souza                         12                    "Fənərbaxça"

Osman Arpacıoğlu                    12                    "Fənərbaxça"

Cemil Gürgen                            12                    "Fənərbaxça"

Aykut Kocaman                          12                    "Fənərbaxça"

Emin Bülent Serdaroğlu           12                    "Qalatasaray"

Bir oyunda ən çox qol vuranlar:

"Qalatasaray" - "Fənərbaxça" derbisində indiyə qədər bir oyunda bir oyunçu ən çox 4 qol vurub. Lakin bu siyahıda vahid lider yoxdu. Çünki 3 futbolçu indiyə qədər derbidə poker etməyə nail olub. Lakin say baxımından "Qalatasaray" öndədir. "Com-Bom"dan Celal İbrahim və Metin Oktay, əks düşərgədən isə Zeki Rıza Sporel bir matçda rəqib qapılarından dörd qol keçirməyə müvəffəq olublar.

İlklər, ənlər və sonlar

* İlk maç: "Fənərbaxça" - "Qalatasaray" 0:2 (1909)

* Son maç: "Qalatasaray" - "Fənərbaxça" 1:0 (11 avqust, 2013)

* İlk qol: Emin Bülent Serdaroğlu ("Qalatasaray")

* Son qol: Didye Droqba ("Qalatasaray")

* Ən çox forma geyən: Turgay Şeren ("Qalatasaray")

* Ən çok qol vuran: Zeki Rıza Sporel 27 ("Fənərbaxça")

* Ən çok qeydə alınan hesab: 1-0 (69 defe)

* Ən məhsuldar matç: "Qalatasaray" - "Fənərbaxça" 4:4 (1983 və 2001-ci illər)

* Ən böyükhesablı nəticə: "Fənərbaxça" - "Qalatasaray" 0:7

* Ən çox tamaşaçı sayı: 70.125 (2003, İstanbul Atatürk Olimpiya stadionu)

* Ən az tamaşaçı sayısı: 14 (1922, İttihatspor stadionu)

* Ardıcıl qələbə rekordu: 7 ("Qalatasaray"; 1909-1913-cü illər)

* Ən uzun məğlubiyyətsiz oyunlar seriyası: 18 ("Fənərbaxça"; 1942-1946-cı illər arası)

Hər iki klubun heyətində çıxış edən futbolçular:

* Dalaklı Hüseyin (FB 1907-1911, GS 1911-1913)

* Horace Armitage (FB 1908, GS 1908-1911)

* Bekir Refet (FB 1912-1914, GS ????)

* Niyazi Tamakan (FB 1952-1960, GS 1960-1962)

* Naci Erdem (FB 1953-1964, GS 1964-1966)

* Mehmet Oğuz (GS 1967-1979, FB 1979-1980)

* Engin Verel (GS 1973-1975, FB 1975-1979/1983-1986)

* Güngör Tekin (GS 1975-1980, FB 1981-1983)

* Erdoğan Arıca (GS 1977-1981, FB 1981-1986)

* Raşit Çetiner (FB 1978-1981, GS 1981-1986)

* Selçuk Yula (FB 1979-1986, GS 1991-1993)

* Erhan Önal (FB 1981-1982, GS 1985-1992)

* İlyas Tüfekçi (FB 1983-1986, GS 1986-1990)

* Semih Yuvakuran (GS 1983-1990, FB 1990-1995)

* Hasan Vezir (FB 1988-1989, GS 1989-1991)

* Tanju Çolak (GS 1987-1991, FB 1991-1993)

* Mustafa Yücedağ (GS 1990-1992, FB 1992-1993)

* Benhur Babaoğlu (GS 1993-1994, FB 1996-1997)

* Elvir Bolić (GS 1992-1993, FB 1995-2000)

* Emre Aşık (FB 1993-1996, GS 2000-2003/2006-2007/2008-2010)

* Ahmet Yıldırım (FB 1993-1994, GS 1999-2001)

* Emre Belözoğlu (GS 1994-2001, FB 2008-2012)

* Sedat Balkanlı (GS 1994-1995, FB 1996)

* Saffet Sancaklı (GS 1994-1995, FB 1996-1998)

* Fatih Akyel (GS 1997-2001, FB 2002-2004)

* Elvir Baljić (FB 1998-1999, GS 2002-2004)

* Mehmet Yozgatlı (GS 1999-2001, FB 2004-2007)

* Abdullah Ercan (FB 1999-2003, GS 2003-2004)

* Sergen Yalçın (FB 1999-2000, GS 2000/2001-2002)

* Haim Revivo (FB 2000-2002, GS 2002-2003)

* Servet Çetin (FB 2003-2006, GS 2007-2012)

* Stjepan Tomas (FB 2003-2004, GS 2004-2007)

* Caner Erkin (GS 2009-2010, FB 2010-)

* Kâzım Kâzım (FB 2007-2011, GS 2011-2012)

* Mehmet Topal (GS 2006-2010, FB 2012-)

* Burak Yılmaz (FB 2008-2009, GS 2012-)

Hər iki klubu çalışdıran baş məşqçilər:

* Jozsef Svenk (FB 1932-1935/1938-1939, GS 1947)

* Peter Molloy (GS 1947-1949, FB 1949-1951)

* Lsszlo Szekely (FB 1951-1953, GS 1953-1954)

* Tomislav Kaloperovic (GS 1968-1970, FB 1976-1978)

* Tomislav Ivic (GS 1983-1984, FB 1995)

* Mustafa Denizli (GS 1987-1989/1990-1992, FB 2000-2002)




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30