20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Xarici futbol

Abışovun komanda yoldaşları fanatlarla dalaşdılar

Milli komandamızın üzvü Ruslan Abışovun çıxış etdiyi "Rubin" klubunun 2 futbolçusu Oleq Kuzmin və Aleksandr Prudnikov qalmaqal iştirakçısı olub. Futbolxeber.az-ın məlumatına görə, oktyabrın 25-də axşam saatlarında adıçəkilən futbolçular azarkeşlərlə əlbəyaxa olublar. Hadisə şahidlərindən biri olayı belə anlatıb: "Saat təxminən 8 idi. Biz "Basta" qrupunun konserti üçün növbədə dayanmışdıq. Gözlənilmədən girişdə səs-küy yarandı. Baxarkən Aleksandr Prudnikovu dərhal tanıdım. O, normal şəkildə klubdan çıxdı. Ardınca isə mühafizəçilər yüngül formada desəm, Oleq Kuzmini bayıra atdılar. İçəri daxil olduqdan sonra mühafizəçidən nə baş verdiyini soruşdum. O dedi ki, futbolçuları tanıyan azarkeşlər "Rubin"in uğursuz çıxışı ilə bağlı futbolçulara suallar veriblər. Bundan sonra tərəflər arasında əvvəlcə mübahisə, sonra isə dava düşüb". 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30