28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Xarici futbol

Mpenza “Neftçi”ni II liqa klubuna dəyişdi

Neftçi”nin sabiq futbolçusu Emil Mpenzanın klubsuz günləri başa çatıb. Lent.az-ın məlumatına görə, 35 yaşlı hücumçu Belçikanın II liqasında çıxış edən “Endraxt Alst”la müqavilə bağlayıb.
Bu klub hazırda 9 oyundan 8 xalla 18 komanda arasında 14-cü yerdə gedir. Mpenza ilə mövsümün sonunadək anlaşma əldə olunub. Lakin sonradan müqavilə müddəti uzadıla bilər. Onun keçidi “Endraxt Alst”a havayı başa gəlib. Çünki belçikalı forvard ötən mövsümün ortalarında “Neftçi” ilə müqaviləsini pozub.
Qeyd edək ki, Emil Mpenza karyerası ərzində 367 oyuna 134 qol vurub. O cümlədən, Mpenza Belçika yığmasında 57 matçda 19 dəfə fərqlənib. Təcrübəli hücumçu “Neftçi”nin heyətinə 2010-cu ilin avqustunda cəlb olunub və 2012-ci ilin yanvarınadək 31 oyuna 6 qolla kifayətlənib. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31