19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Xarici futbol

PFL Hafiz Məmmədovun klubuna problem yaradır

Fransa çempionatının yüksək liqasında (Liqa 1) komandaların sayı 20-dən 18-ə endirilə bilər. Lent.az-ın “L`Equipe” nəşrinə istinadən verdiyi məlumata görə, Peşəkar Futbol Liqasının prezidenti Federik Tirye belə bir niyyətlə çıxış edib. Televiziya yayımlarından gəlirin azaldılması ilə əlaqədar ağır iqtisadi böhrandan çıxış yolu kimi Tirye islahatlar aparmaq niyyətindədir. İlk növbədə, yüksək və aşağı divizionlarda komanda sayının azaldılması nəzərdə tutulur. Bununla yanaşı, mövsümün sonunda Liqa 1-ə 3 yox, 2 komanda yüksələ bilər. Habelə, Avropa Liqasına vəsiqə qazanan klublarının mükafatlandırma sistemi məsələsi də müzakirə olunacaq.

Qeyd edək ki, Fransanın yüksək liqasına vəsiqə uğrunda yarışan komandalar arasında azərbaycanlı iş adamı Hafiz Məmmədova məxsus “Lans” da var. Bu klub Liqa 2-də 8 turdan sonra 14 xalla 4-cü pillədə qərarlaşıb. Formalarında “Azerbaijan Land of Fire” yazılmış komanda 9-cu turda 15 xalla 2-ci pillədəki “Mets”i qəbul edəcək. Oyun sentyabrın 30-da keçiriləcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30