25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Xarici futbol

Avro-2020: Fransa və Xorvatiya 1/4 finaldan kənarda qaldı

Avro-2020-də 1/8 final mərhələsi davam edir.

Futbolxeber.az saytının məlumatına görə, 3-cü oyun günü daha iki görüş keçirilib.

Xorvatiya İspaniya ilə üz-üzə gəlib. Qarşılaşmanın əsas vaxtı 3:3 hesabı ilə yekunlaşıb. İspaniya millisi əlavə olunmuş 30 dəqiqədə 2 qol vuraraq növbəti mərhələyə adını yazdırıb.

Günün son matçında isə Fransa İsveçrə ilə qarşılaşıb. Bu oyunun da əsas vaxtı 3:3 hesabı ilə yekunlaşıb. Dramatik matçın əlavə vaxtında da qol olmayınca qalib penaltilərlə müəyyənləşib. İsveçrə millisi burada daha dəqiq olaraq (5:4) qalib gəlib. Beləliklə, sensasiyalı şəkildə son dünya çempionunu mübarizədən kənarlaşdıran İsveçrə millisi tarixində ilk dəfə Avropa çempionatının 1/4 finalına yüksəlib.

Avro-2020

1/8 final mərhələsi

28 iyun

Fransa - İsveçrə - 3:3 (Penaltilər - 4:5)

Qollar: Seferoviç, 15 (0:1), Benzema, 57 (1:1), 59 (2:1), Poqba, 75 (3:1), Seferoviç, 81 (3:2), Qavranoviç, 90 (3:3)

Reallaşdırılmayan penalti: Rodriges, 55 (İsveçrə)

Baş hakim: Fernando Rapallini (Argentina)

Buxarest, "Milli Arena" stadionu

Xorvatiya - İspaniya - 3:5

Qollar: Simon, 20 (öz qapısına) (1:0), Sarabiya, 38 (1:1), Azpilikueta, 57 (1:2), Torres, 77 (1:3), Orsiç, 85 (2:3), Pasaliç, 90+3 (3:3), Morata, 100 (3:4), Oyarzabal, 103 (3:5)

Baş hakim: Cüneyt Çakır (Türkiyə)

Kopenhagen, "Parken" stadionu

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30