29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Xarici futbol

Türkiyə millisində dəyişikliklər

Türkiyə yığmasının baş məşqçisi Şenol Güneş Bakıda Uelsə qarşı keçirəcəkləri Avropa çempionatı oyununda bəzi dəyişikliklərə əl atacaq.
 
Futbolxeber.az saytının "Habertürk"ə istinadən məlumatına görə, 69 yaşlı mütəxəssisin start heyəti İtaliya ilə ilk matçdakından fərqli olacaq.
 
Baş məşqçi Yusuz Yazıcının yerinə Cengiz Ünderə şans verəcək. Kenan Karamanı isə İrfan Can Kahveci əvəzləyəcək. Açılış qarşılaşmasında sol cinahda yer alan Hakan Çalhanoğlu öz mövqeyinə qayıdacaq. 27 yaşlı yarımmüdafiəçi hücumçu Burak Yılmazın arxasında mübarizəyə başlayacaq.
 
Şenol Güneş yarımmüdafiəçi Okay Yokuşlunun yerinə isə Kaan Ayhanı start heyətdə meydana buraxacaq.
 
Qeyd edək ki, AVRO-2020-nin açılış matçında Romada İtaliyaya 0:3 hesabı ilə uduzan Türkiyə yığması iyunun 16-da Bakı Olimpiya Stadionunda Uelslə qarşılaşacaq. Kollektiv 4 gün sonra İsveçrə ilə münasibətlərinə aydınlıq gətirəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31