17 Dekabr 2025, Çərşənbə
Vernidub: "Mən sehrbaz deyiləm”
"Neftçi" qələbəni əldən verdi
AFFA klubları soyur! - ARAŞDIRMA
Qurbanov: “Çox vacib qalibiyyət idi”

Xarici futbol

Avro-2020-nin açılış matçında qadın referi

İtaliya və Türkiyə arasında keçiriləcək AVRO-2020-nin açılış matçının hakim təyinatları müəyyənləşib.
 
Futbolxeber.az saytının məlumatına görə, A qrupunda keçiriləcək görüşü Niderland Futbol İttifaqından Denni Makkelinin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.
 
38 yaşlı referiyə Hessel Stiqstra və Yan de Vris yardımçı olacaq. 4-cü hakim funksiyasını fransalı qadın referi Stefani Frappar yerinə yetirəcək. Görüşün VAR hakimi isə niderlandlı Kevin Blum olacaq.
 
Qeyd edək ki, İtaliya - Türkiyə oyunu iyunun 11-də Romada oynanılacaq. "Ay-ulduzlular" daha sonra Bakı Olimpiya Stadionunda Uelslə iyunun 16-da və İsveçrə ilə iyunun 20-də A qrupunun digər iki görüşünə çıxacaq.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Dekabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31