4 May 2024, Şənbə
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Xarici futbol

Muslera "Qalatasaray"dan gedir?

"Qalatasaray"ın qapıçısı Fernando Muslera yayda klubdan ayrıla bilər.
 
Futbolxeber.az saytının məlumatına görə, bu barədə Türkiyənin "Fotomaç" qəzeeti məlumat yayıb. 36 yaşlı qolkiper Superliqanın 42-ci turunda "Yeni Malatyaspor"a 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra baş məşqçi Fatih Terimə müraciət edib.
 
68 yaşlı mütəxəssis matçın ardından futbolçularla vidalaşdığı vaxt uruqvaylı oyunçu təcrübəli mütəxəssisə "Sən olmasan, mən də olmayacağam" deyib.
 
Muslera növbəti günlərdə tərcüməçi vasitəsilə Fatih Terimlə yenidən əlaqə saxlayıb və klubdan ayrılmaq qərarının ciddi olub-olmadığını soruşub. Təcrübəli qolkiper Terimə onunla birlikdə işləmək üçün müqaviləsini yenilədiyini söyləyib. Qapıçı baş məşqçiyə "Klubdan ayrılacaqsınızsa, menecerimlə danışaraq, yeni klub tapmasını istəyəcəyəm" deyib.
 
Qeyd edək ki, "Qalatasaray" çempionatın sonunda "Beşiktaş" qədər - 84 xal toplasa da, top fərqinə görə çempionluğu əldə verib. Musleranın "sarı-qırmızılar"la müqaviləsi 2024-cü ilədək artırılıb. Fatih Terim isə komandadakı taleyi bəlli deyil.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31