23 Mart 2026, Bazar ertəsi
Qərəz, yoxsa antipatiya? - YAZI
Axundzadə MLS-də debüt etdi
“Turan Tovuz”dan vacib qələbə
Hidayət bürünc medal qazandı

Xarici futbol

Kramarenkonun komandası avrokuboklardan kənarda qaldı

ÇSKA (Rusiya) 20 ildən sonra avrokuboklardan kənarda qalıb.
 
Futbolxeber.az saytının məlumatına görə, komanda Premyer Liqanın sonuncu - 30-cu turunda Moskva "Dinamo"suna səfərdə 2:3 hesabı ilə uduzub.
 
Nəticədə ÇSKA 2020/2021 mövsümünü 50 xalla 6-cı pillədə bitirib. "Rubin" və "Soçi" 53 xalla müvafiq olaraq 4-5-ci yerləri tutub. "Lokomativ" 56 xalla 3-cü, "Spartak" isə 57 xalla 2-ci olub.
 
Həmçinin bu nəticələrlə çempion "Zenit" Çempionlar Liqasının qrup mərhələsinə, "Spartak" təsnifat mərhələsinə, "Lokomotiv" Avrop Liqasına, "Rubin" və "Soçi" isə Konfrans Liqasına vəsiqə qazanıblar.
 
Qeyd edək ki, Azərbaycan millisinin qapıçılar üzrə məşqçisi Dmitri Kramarenko ÇSKA-da işləyir. Onun klubla müqaviləsi mövsümün sonunda başa çatmalıdır.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31