22 Fevral 2026, Bazar günü
“Neftçi” Banişevskinin məzarı önündə
Berdıyevdən mini master-klass
Andrey Demçenkodan qələbə şərhi
"Araz-Naxçıvan”dan qələbə

Xarici futbol

Van Deyk Avro-2020-ni buraxacaq

Niderland millisinin və “Liverpul”un müdafiəçisi Vircil van Deyk AÇ-2020-də iştirak etməyəcək.
 
Futbolxəbər.az saytının məlumatına görə, bu barədə Van Deyk özü “Liverpul” klubunun mətbuat xidmətinə açıqlamasında deyib.
 
O, zədədən sonrakı bərpa müddətinin son mərhələsində olduğunu deyib və bərpa müddətini tamamlamaq üçün AÇ-2020-də oynamaqdan imtina edib.
 
AÇ-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Niderland yığması turnirin qrup mərhələsində Ukrayna, Şimali Makedoniya və Avstriya ilə qarşılaşacaq.
 
AÇ-2020-yə ev sahibliyi edəcək şəhərlər arasında Bakı da var. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28