29 Oktyabr 2025, Çərşənbə
Millimiz Qazaxıstana qalib gəldi
Samir Abasovdan qələbə şərhi
Sadıqov: “Çox vacib 3 xal qazandıq”
“İkinci hissədə biz daha üstün idik”

Xarici futbol

Çempion müəyyənləşdi: 19 illik həsrət bitdi

Portuqaliyanın 2020/2021 mövsümü çempionatının 32-ci turunudan sonra qalib müəyyənləşib.  .
 
Futbolxəbər.az saytının məlumatına görə, bu turda "Sportinq" "Boavişta"nı qəbul edib.
 
Görüş Lissabonda "Joze Alvalade" stadionunda keçirilib və meydan sahiblərin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu Paulinyu vurub.
 
Bu qələbədən sonra “Sportinq” sona 2 tur qalmış xallarının sayını 82-yə çatdırıb və ən yaxın izləyicisi "Portu"nu 8 xal qabaqlayıb. Turnir cədvəlində üçüncü yeri 70 xalla “Benfika” tutur. Beləliklə, Lissabon klubu Portuqaliya çempionu olub.
 
“Sportinq” bu titula sonuncu dəfə 2001/2002 mövsümündə yiyələnib. 
Bu, “Sportinq”in Portuqaliya çempionatında 19-cu çempionluğudur. Çempion titulu üzrə lider "Benfika"dır. Bu, komanda 37 dəfə ölkə çempionu olub.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31