14 Sentyabr 2025, Bazar günü
Kurban Berdıyevdən qələbə şərhi
"Turan Tovuz" "Qəbələ"yə qalib gəldi
“Neftçi”nin heyətində iki itki
“Mövzuya bir daha qayıtmayacağam”

Xarici futbol

Aquero Silvanın rekordunu qırdı

"Mançester Siti"nin futbolçusu Serxio Aquero klub tarixinin ən çox kubok qazanan oyunçusu olub. 
 
Futbolxəbər.az saytının məlumatına görə, bu, ötən gün Premyer Liqada mövsümün başa çatmasına 3 tur qalmış 2-ci yerdə olan "Mançester Yunayted"in uduzması ilə dəqiqləşib.
 
"Şəhərlilər" yarışda vaxtından əvvəl çempionluğu rəsmiləşdiriblər. Bu isə Aqueronun "Siti"də əldə etdiyi 15-ci kubok olub. Beləliklə, argentinalı hücumçu sabiq komanda yoldaşı, "Mançester Siti" ilə 14 kubok qazanan David Silvanın (hazırda "Real Soysedad"da çıxış edir)  rekordunu geridə qoyub. 
 
Qeyd edək ki, 2020/21 mövsümündəki qalibiyyət "Mançester Siti"nin tarixindəki 7-ci İngiltərə çempionluğu olub.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30