19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Xarici futbol

Paşayevin komandası yarımfinalda uduzdu

Ukrayna kubokunda yarımfinal mərhələsinin oyunları keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan millisinin futbolçusu Pavel Paşayevin çıxış etdiyi “Aleksandriya” evdə "Zarya" ilə qarşılaşıb.

Matçın əsas və əlavə vaxtı qolsuz bərabərliklə başa çatdığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan "Zarya" (4:3) növbəti mərhələyə yüksəlib. Paşayev 46-cı dəqiqədə meydana daxil olub və sona qədər oynayıb.

"Aleksandriya" isə tarixində ilk dəfə olaraq penalti zərbələrində uduzması ilə diqqət çəkib. Komanda altı penalti seriyasında iştirak edib. Bunların hamısı Ukrayna kubokunda reallaşıb.

Qeyd edək ki, kubokun finalında "Zarya" və Kiyev "Dinamo"su qarşılaşacaq. Matç mayın 13-ü keçiriləcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30