19 Aprel 2024, Cümə
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı

Xarici futbol

Qvardiola: "Onu çıxmaq şərti ilə bütün klub rəsmiləri məni dəstəkləyirlər"

"Bavariya"nın baş məşqçisi Xosep Qvardiola klubun idman direktoru Mattias Zammerin Münhen təmsilçisinin Bundesliqanın son turunda "Hannover"lə oyunda sönük təsir bağışlaması haqda səsləndirdiyi fikirlərə münasibət bildirib. Futbolxeber.az-ın məlumatına görə, Qvardiola Zammerin emosional olduğunu qeyd edib: "Əsas odur ki, Zammeri çıxmaq şərti ilə bütün klub rəsmiləri məni dəstəkləyirlər. Mənim kimi Zammer də emosional adamdır. Amma mən hər zaman hansısa fikri səsləndirməzdən öncə götür-qoy edirəm. Bəlkə də Almaniyada klub rəsmisinin komandanın oyunu haqda danışması normal haldı. Amma İspaniyada bu cür fikirlərə görə ciddi problemlər yarana bilər. Məşqçinin işinə qarışılması düzgün deyil. Əgər, rəhbərlik komandanın oyunundan narazıdırsa, bu artıq məşqçi üçün problemdi. "Hannover"lə oyunu analiz etmişəm. Hər şey qaydasındadır".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30