29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Xarici futbol

Kişi komandasında qadın baş məşqçi

Xorvatiyanın qadınlardan ibarət millisinin və Zaqreb “Dinamo”sunun keçmiş futbolçusu Tiana Nemçiç ölkənin 5-ci divizionunda çıxış edən “Viktoriya “Vakovats” adlı kişi komandasına baş məşqçi təyin olunub. Lent.az-ın məlumatına görə, 25 yaşlı sarışın xanım kişi komandasına rəhbərlik etməkdən çəkinmədiyini bildirib.
Əksinə, Nemçiç qarşısına qoyulan məqsədin öhdəsindən gələcəyinə tam əmindir. O, müsahibələrindən birində etiraf edib ki, oyunçular sözünə baxır, heç bir problem yaratmırlar. Baş məşqçinin özü isə komandanı qurmaqda və taktikasını müəyyənləşdirməkdə sərbəstdir.
Qeyd edək ki, Tiana Nemçiç təkcə idman nailiyyətləri ilə məşhur deyil. O, “Dinamo”da futbol oynamadığı 10 ilədək müddətdə top-model kimi də karyera qurub. Nemçiç 2008-ci ildə “Xorvatiyanın idman gözəli” müsabiqəsinin finalçısı olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31