20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Xarici futbol

PSJ - "Başakşəhər" oyununun hakimləri dəyişdirildi

Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda yarımçıq dayandırılan PSJ (Fransa) - "Başakşəhər" (Türkiyə) matçına yeni hakimlər briqadası təyin edilib.

Futbolxeber.az saytının məlumatına görə, oyunu niderlandlı hakimlər idarə edəcək.

Danni Makkeli matçın baş hakimi olacaq. Ona həmyerlisi Mario Diks və polşalı Marsin Bonek kömək edəcəklər. Dördüncü hakim funksiyasını Polşadan Bartoş Frankovski yerinə yetirəcək.

Oyun bu gün saat 21:55-də qaldığı yerdən davam edəcək.

Xatırladaq ki, PSJ - "Başakşəhər" görüşünün 14-cü dəqiqəsində qalmaqal yaranıb. Buna oyunun 4-cü hakimi Sebastian Koltseskunun qonaq komandanın köməkçi məşqçisi Pyer Veboya qarşı irqçi ifadələr işlətməsi səbəb olub. Matçın baş hakimi Ovidiu Hatseqan isə Veboya qırmızı vərəqə göstərərək, onu texniki zonadan qovub. Bundan sonra İstanbul təmsilçisi meydanı tərk edib. Nəticədə matç təxirə salınıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30