19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Xarici futbol

“Qarabağ”ın bacarmadığını “Qalatasaray” etdi

Türkiyə Superliqasında 8-ci tura yekun vurulub.

Futbolxeber.az saytının məlumatına görə, turun son oyununda Avroliqanın qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Sivasspor”u “Qalatasaray”ı qəbul edib.

Matç İstanbul klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb. “Qalatasaray”a qələbə gətirən qolları Belhanda və Arda Turan vurub.

“Sivasspor”un təsəlli qoluna isə Osmanpaşa imza atıb. Rıza Çalımbayın komandası ilk hissənin sonlarında penaltidən yararlana bilməyib.

Bu yenilgidən sonra əvvəlki kimi 8 xalda qalan “Sivasspor” 15-ci pillədə qərarlaşıb. Ardıcıl üçüncü qələbəsini qazanan “Qalatasaray” isə üçüncü pilləyə yüksəlib. 16 xalı olan “Cim-Bom” şərikli lider olan “Alanyaspor” və “Fənərbaxça”dan 1 xal geri qalır.

Xatırladaq ki, “Sivasspor” “Qalatasaray”dan öncə öz meydanında “Qarabağ”ı qəbul etmişdi. Avroliqanın qrup mərhələsinin üçüncü turuna təsadüf edən həmin görüş təmsilçimizin 0:2 hesablı məğlubiyyəti ilə tamamlanmışdı.

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30