24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Xarici futbol

Robben “Qalatasaray” haqqında danışıb

“Bavariya”nın hollandiylı yarımmüdafiəçisi Arien Robben açıqlama verib. Futbolxeber.az-ın məlumatına görə, futbolçu son vaxtlar “Bavariya”dan ayrılıb, “Qalatasaray” və ya “İnter”ə keçəcəyi haqqında yayılan xəbərlərə aydınlıq gətirib: “Mətbuat, bir gün “Qalatasaray”a, bir gün “İnter”ə keçəcəyimi yazır. Bunlar hamısı dəlilikdi. Hazırda planlarımda heç bir transfer məsələsi yoxdur. Bu dəqiqə ağlımda, fikrimdə olan qarşımızdakı “Hamburq” və “Yuventus”la oyundu. Mənim vəzifəm və hədəfim bu oyunları düşünməkdi. Mətbuatı da başa düşürəm, dedi-qodular, şaiyələr futbol dünyasının bir hissəsidi. Ona görə də haqqımda gəzən belə boş söz-söhbətə görə əsla əsəbləşmirəm. Əgər hər hansı bir klub mənimlə maraqlanırsa, bu mənim üçün şərəfdi. Bu işə hörmətlə yanaşıram”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30