29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Xarici futbol

Dünyanın ən nüfuzlu kişilərinin siyahısı açıqlandı: Ronaldo 6-cı, Messi 11-cidi

YouGov Araşdırma Mərkəzi dünyanın ən nüfuzlu kişilərinin siyahısını açıqlayıb.

Futbolxeber.az saytının məlumatına görə, idmançılar arasında ən yaxşı göstərici Kriştianu Ronaldoya məxsusdur. Portuqaliyalı futbolçu sıralamada altıncı yeri tutub.

Reytinqin ilk sırasında ABŞ-ın sabiq prezidenti Barak Obama qərarlaşıb. İlk “beşlik”də həmçinin, Bill Qeyts, Çin Xalq Respublikasının prezidenti Si Tszinpin, Hindistanın baş naziri Narendra Modi və tanınmış aktyor, döyüş növləri üzrə mütəxəssis Çeki Çan yer alıb.

Futbol aləmində Kriştianu Ronaldonun əsas rəqibi olan Lionel Messi isə sıralamada 11-ci yeri tutur. Argentinalı ulduz Rusiya prezidenti Vladimir Putini 1 pillə qabaqlayıb. 13-cü yerdə isə daha bir tanınmış idmançı, dünya basketbolunun canlı əfsanəsi Maykl Cordan qərarlaşıb.

Qeyd edək ki, dünyanın ən nüfuzlu kişilərinin siyahısı 42 ölkədə 45 mindən çox insan arasında aparılmış sorğu nəticəsində tərtib edilib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31