19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Xarici futbol

"Dinamo"nun baş məşqçisi: "Püşkün nəticəsi bizi qane edir"

Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunun baş məşqçisi Zoran Mamiç  Çempionlar Liqasının pley-off mərhələsinin püşkünü dəyərləndirib.

Futbolxeber.az saytının məlumatına görə, Zaqreb təmsilçisi 3-cü təsnifat mərhələsində Macarıstan çempionu "Ferentsvaroş"u mübarizədən kənarlaşdıracağı təqdirdə,  pley-off-da "Qarabağ" - "Mölde" cütünün qalibi ilə qarşılaşacaq.

49 yaşlı mütəxəssis bildirib ki, püşkatmadan razı qalmalıdırlar: "Bəlkə kimlərsə, xüsusilə də azarkeşlərimiz "Srvena Zvezda" ilə düşməyimizi istəyirdilər. Amma indiki halda püşkün nəticəsi bizi qane edir. Hər şey öz əlimizdədir. ÇFR-lə oyunda bəxtimiz gətirdi. Penaltilər seriyasından sonra mərhələ adlamaq hər zaman xoşdur. Eyni zamanda, çox gərgin anlar yaşadıq. Başa düşürük ki, artıq şans payımızdan istifadə etmişik".

O, hələlik pley-off mərhələsindəki potensial rəqibləri şərh etmək istəmədiyini söyləyib: "Çünki hələ qarşıda "Ferentsvaroş"la çətin oyunumuz var. Bizim üçün çox gərgin və qeyri-adi matç olacaq".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30