24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Xarici futbol

FİFA-dan yeni şərtlər: Klublar oyunçularını milli komandaya buraxmaya bilər

FİFA koronavirus pandemiyası dövründə futbolçuların milli komandalara gediş-gəlişini tənzimləyən yeni qaydalar müəyyən edib.

Futbolxeber.az saytının məlumatına görə, yeni qaydalar yığmaların sentyabr pəncərəsi üçün nəzərdə tutulub.

Bu, kişi futbolçular üçün avqustun 31-dən sentyabrın 8-dək, qadınlar üçün isə 14-22 sentyabr tarixlərini əhatə edəcək.

FİFA Şurası UEFA ilə məsləhətləşərək, klubların milli komanda matçları üçün oyunçularını buraxmamalarını şərtləndirən məqamları açıqlayıb:

1. Komandanın məskunlaşdığı və ya yığmanın oyununun keçirildiyi yerlərdə ən azı beş günlük məcburi karantin müddəti müəyyən edilibsə.

2. Yuxarıda göstərilən yerlərə giriş-çıxışa məhdudiyyət qoyulubsa.

3. Bölgəyə məcburi karantin tətbiq edilməsi və ya giriş məhdudiyyəti qoyulması ilə əlaqədar qərarlar qəbul edən müvafiq orqanlar bu məsələdə futbolçuları nəzərə almırsa.

Bundan əlavə, beynəlxalq yoldaşlıq oyunları zamanı bütün komandalar müvafiq yarış təşkilatçısı tərəfindən qurulmuş sağlamlıq və təhlükəsizlik protokollarına uyğun olmalıdır.

Qeyd edək ki, milli komandamız pandemiya dövründə ilk rəsmi matçını sentyabrın 5-də UEFA Millətlər Liqasında Bakıda Lüksemburqa qarşı keçirəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30