25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Xarici futbol

Millimizin hücumçusu yenidən İngiltərə klubunun hədəfində

"Vulverhempton"da çıxış edən millimizin üzvü Renat Dadaşov “Koventri"nin yenidən gündəmindədir.

Futbolxeber.az saytının "Vavel" nəşrinə istinadən verdiyi məlumata görə, Çempionşip təmsilçisi "Arsenal"ın gənc oyunçusu Ben Şifi transfer edə bilməsə, yenidən "Vulverhempton"dan Renat Dadaşov və Ouen Otasovini icarəyə götürməyə çalışacaq.

Qeyd edək ki, “Koventri” bundan əvvəl R.Dadaşovu icarəyə götürmək istəsə də, klublar arasında razılıq əldə olunmamışdı.

Xatırladaq ki, Rüfət 2019-cu ilin avqustunda keçdiyi "Vulverhempton"la 4 illik müqavilə imzalayıb. Gənc forvard hələ ki, əsas komandada debüt etməyib. Millimizin üzvü 2019/2020 mövsümünün ilk yarısını icarə əsasında Portuqaliyanın "Pakuş de Ferreyra" klubunda keçirib. O, mövsümün ikinci yarısında "Vulverhempton"un U-21 komandasında çıxış edib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30