19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Xarici futbol

Bütün diqqətlər “San Siro”ya

GÜNÜN OYUNU: “MİLAN”, YOXSA “ATALANTA”?

Bu gün İtaliya “A” seriyasında 36-cı tura start veriləcək.

Futbolxeber.az saytının məlumatına görə, turun açılış oyununda “Milan” “Atalanta”nı qəbul edəcək. Bakı vaxtı ilə 23:45-də start götürəcək qarşılaşmada azarkeşlərin televiziya önündə möhtəşəm qarşıdurmaya şahidlik edəcəyi şübhə doğurmur. Çünki bu gün “San Siro”da hazırda İtaliyanın ən formada olan 2 klubu üz-üz gələcək.

Koronavirusa görə yaranmış fasilə başa çatdıqdan sonra həm “Milan”, həm də “Atalanta” möhtəşəm çıxış edir.

“Milan” məcburi fasilədən sonra keçirdiyi 9 oyundan 7-də qələbə qazanıb, 2 dəfə heç-heçə edib. Piolinin komandası turnir cədvəlində özündən yuxarıda olan komandalardan “Yuventus” (4:2), “Latsio” (3:0) və “Roma”nə (2:0) məğlub edib, “Napoli” ilə isə heç-heçə edib (2:2). Komanda “San Siro”da meydana çıxdığı 4 oyunda maksimum nəticəyə imza atıb. Keçirdiyi son 9 görüşdə “Milan” 27 qol vurub ki, bu da hər matç üçün orta hesabla 3 qol deməkdir.

“Atalanta” fasilədən sonra yalnız səfərdə “Yuventus” və “Verona” ilə görüşlərdə meydanı 1 xalla tərk edib. Digər 8 oyunda qalib gələn Qasperininin komandası 10 matçda rəqib qapılarından 25 qol keçirib. Ümumiyyətlə, “Atalanta”nın cari mövsümdəki məhsuldarlığı göz oxşayır. Komanda 35 görüşdə 95 dəfə fərqlənib.

Bugünkü qarşılaşma turnir cədvəli baxımından da hər iki tərəf üçün mühüm əhəmiyyət kəsb edir. Hazırda ikinci pillədə qərarlaşan “Atalanta” mövsümü gümüş medalla başa vurmaq üçün çətin səfərdən 3 xalla qayıtmağı hədəfləyir. “Milan” isə ardıcıl qələbələr sayəsində hazırda 6-cı pillədə qərarlaşıb. 5-ci pillədəki “Napoli”dən 2 xal geri qalan “Milan” “Roma”nı 3 xal qabaqlayır. Hədəf isə 5-ci yeri tutmaqla birbaşa Avroliqanın qrup məshələsinə vəsiqə qazanmaqdı.

Bugünkü matçın prinsipiallığını artıran bir məqam da var. Belə ki, tərəflər arasında ilk dövrədə keçirilən oyun “Atalanta”nın 5:0 hesablı qələbəsi ilə tamamlanıb. Ona görə də bu gün “Milan” tarixindəki ən ağır məğlubiyyətlərdən birinin əvəzini çıxmağa çalışacaq.

Komandalar meydana itkilərlə çıxacaqlar. “Atalanta”nın əsas itkisi İliçiçin yoxluğudur. Cari mövsüm 15 qol vurmaqla “Atalanta”nın 3-cü, çempionatın isə 10-cu ən yaxşı bombardiri olan sloveniyalı yarımmüdafiəçi zədə səbəbindən meydana çıxa bilməyəcək.

“Milan”da isə itkilərin sayı daha çoxdu. Mukassio, Duarte və Kastilyexo zədədən əziyyət çəkir. Teo və Bennaser isə sarı vərəqə cəzalısı olduqları üçün bugünkü görüşü buraxacaqlar. Kapitan Romanyolinin də meydana çıxması sual altındadı.

Qeyd edək ki, 23:45-də start “San Siro”da start götürəcək möhtəşəm qarşılaşma ölkəmizdə CBC Sport vasitəsi ilə canlı yayımlanacaq. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30