25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Xarici futbol

“İmmobilenin bombardir olmasını istəyirik”

“Latsio” İtaliya “A” seriyasının 35-ci turunda Çiro İmmobilenin vurduğu qol sayəsində “Kalyari” üzərində 2:1 hesablı əzmkar qələbə qazanıb.

Futbolxeber.az saytının İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, qarşılaşmadan sonra paytaxt klubunun baş məşqçisi Simone İnzagi İmmobilenin bombardir olmaq şansı haqda danışıb:

“İmmobilenin bombardir olmasını istəyirik. Anlayıram, bu, asan olmayacaq. Lakin biz ona kömək etməyə çalışacağıq. Üstəlik, bu, hazırda çempionatın ən yaxşı assistenti olan Luis Albertoya da lazımdı”.

Qeyd edək ki, dünən mövsümdə 31-ci qolunu vuran İmmobile bombardilər yarışında Kriştianu Ronaldonu 1 top qabaqlayır. Mövsümün sonuna isə 3 tur qalıb. İtaliyalı forvard Ronaldonu məhsuldar ötürmələr də qabaqlayır. Belə ki, İmmobile 8, portuqaliyalı forvard isə 5 assist edib. Bu mübarizədə çempionatın ən yaxşısı olan İmmobilenin komanda yoldaşı Luis Albertonun hesabında isə 16 məhsuldar ötürmə var.

Əlavə edək ki, “A” seriyasının bombardiri olacaq futbolçu eyni zamanda, “Qızıl buts”u da qazana bilər. Hazırda bu mükafat uğrunda lider olan Robert Levandovskinin aktivində 34 qol var. Qarşıdakı 3 tur ərzində polşalı forvardı keçmək üçün İmmobileyə minimum 4, Ronaldoya isə 5 qol lazımdı.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30