20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Xarici futbol

Dmitri Nazarov cəzalanacaq?

Milli komandamızın və Almaniya2-ci Bundesliqa təmsilçisi “Aue”də forma geyən Dmitri Nazarov koronavirus pandemiyası ilə əlaqədar müəyyənləşdirilmiş qaydalara zidd hərəkət edib.

Futbolxeber.az saytının məlumatına görə, 30 yaşlı futbolçu "Nürnberq"lə oyunda qol vurduqdan sonra ehtiyat oyunçular skamyasına tərəf qaçaraq, klubun meneceri Tomas Romeykeni qucaqlayıb.

Nazarov bunu Romeykenin komandanı xilas etməsi ilə əlaqələndirib: "Oyuna gəldiyimiz vaxt o, avtobusumuzun sükanı arxasında idi. Birdən qarşımıza təpədən uçan BMW düşdü. Məhz Romeyke cəld reaksiyası sayəsində həyatımızı xilas etdi. Əks halda, kim bilir, nə baş verəcəkdi. Buna görə də qolu vurduqdan sonra Romeykeni qucaqladım".

Nazarov klub əməkdaşını qucaqlamasına Almaniya Futbol İttifaqının (DFB) anlayışla yanaşacağına ümid etdiyini bildirib: "Bilirəm ki, qolu bu cür qeyd etməyə icazə yoxdur. DFB-nin humanistlik göstərəcəyinə ümidvaram".

Qəza zamanı avtobusa zərər dəysə də, komanda üzvlərindən heç kim xəsarət almayıb. Əzilən minik maşınının sürücüsü və sərnişini isə ciddi travmalarla xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, "Nürnberq" - "Ertsgebirge" matçı heç-heçə ilə yekunlaşıb - 1:1.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30