29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Xarici futbol

UEFA müzakirəyə başlayır: Avro-2020-nin ev sahibləri azaldıla bilər

UEFA növbəti il keçirməyi planlaşdırdığı Avropa çempionatına ev sahiblərinin azaldılması ilə bağlı müzakirələrə başlayıb.

Futbolxeber.az saytının "Daily Mail" nəşrinə istinadən verdiyi məlumata görə, təşkilat bəzi ölkələrin növbəti yay turnirə ev sahibliyi etməyə hazır olmamasından ehtiyatlanır.

Bildirilib ki, İspaniya və İtaliyada koronavirus səbəbindən çoxlu sayda ölüm və maliyyə itkilərinin olması bu ölkələrinin federasiyalarının turnirə ev sahibliyi etmək istəyini şübhə altına qoyub. Eyni zamanda bir çox stadionda 2021-ci ilin yayında planlaşdırılmış digər turnirlərin keçirilməsi də problem ola bilər.

Xəbərdə Avropa çempionatını ev sahibliyi etməyə hazır olanlar arasında İngiltərənin qaldığı vurğulanıb.

Qeyd edək ki, Avro-2020 bu yay 12 şəhərdə - London, Münhen, Bakı, Roma, Sankt-Peterburq, Budapeşt, Buxarest, Dublin, Kopenhagen, Qlazqo, Bilbao, Amsterdamda keçirilməli idi. Ancaq koronavirus pandemiyası görə turnir gələn ilin yayına kimi təxirə salınıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31