28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Xarici futbol

Bundesliqanin 13 klubu koronavirus səbəbindən müflis ola bilər

Almaniyanın Bundesliqasının və ikinci divizionun 13 klubu koronavirus panndemiyası səbəbindən müflis elan oluna bilər.

Futbolxeber.az saytının “Kicker”ə istinadən verdiyi məlumata görə, artıq 12 klub ödənişlərlə bağlı öhdəlikləri yerinə yetirə bilmədiklərindən teleyayımdan almalı olduqları pullardan imtina ediblər.

Klubların müflis elan olunma ehtimalı Almaniya Futbol Liqasının video-konfransında da səslənib.

Bildirilir ki, mövsüm bərpa olunmasa, mayın sonundan ikinci Bundesliqanın 7 klubu müflis elan olunacaq. Vəziyyət düzəlməsə, daha 2 klub da iyunda müflis olacaq.

Hazırda Bundesliqanın 1 klubu ciddi təhlükə qarşısındadır. Belə ki, adı açıqlanmayan həmin komanda yalnız mayın sonuna kimi öz öhdəliklərini yerinə yetirmək iqtidarındadır. Bundesliqanın daha 3 klubu isə iyulun 1-də müflis elan olunma təhlükəsi ilə üz-üzədir.

12 klub götürdükləri kreditləri məhz teleyayımdan əldə etdikləri vəsait hesabına ödəyirdilər. Bu vəsait əldən çıxdıqdan sonra isə müflis elan olunmamaq qeyri-mümkündür. Hazırda klubların yeganə ümidi mayın əvvəlinə çempionatın bərpa olunmasınadır.

Qeyd edək ki, Almaniyada 91 mindən çox insan infeksiyaya yoluxub. Onlardan 1275-i həyatını itirib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31