23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Xarici futbol

İtaliyalı həkim koronavirus haqda: “Atalanta” - “Valensiya” oyunu bioloji bomba idi”

Papa XII Covanni adına Berqamodakı xəstəxananın pulmonologiya (nəfəs yollarının müalicəsi) şöbəsinin rəhbəri Fabiano Di Marko İtaliyada koronavirusun geniş yayılmasının səbəbi haqda danışıb.

Futbolxeber.az saytının İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, təcrübəli həkim pandemiyanın yayılmasına əsas səbəb kimi Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində keçirilən “Atalanta” - “Valensiya” (4:1) qarşılaşmasını göstərib:  

“Fevralın 19-da Berqamonun 40 min əhalisi “San Siro”ya, “Atalanta” - “Valensiya” oyununa yollandı. Onlar Milana avtobus, maşın və qatarlarla yollandılar. Təəssüf ki, bu oyun bioloji bomba idi”.  

Qeyd edək ki, hazırda İtaliyada təxminən 60 min insan koronavirusa yoluxub və onlardan 5 mini dünyasını dəyişib. Pandemiyadan əziyyət çəkənlərin yarısı məhz Lombardiyada qeydə alınıb.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30