19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Xarici futbol

Avropa futbolu üçün mühüm gün

Bu gün UEFA Avropanın 55 futbol federasiyasının rəhbərlərinin, Avropa Klublar Assosiasiyasının (ECO) Beynəlxalq Peşəkar Futbolçular Federasiyası Assosiasiyasının (FİFPro) nümayəndələrinin iştirakı ilə videokonfrans keçirəcək.

Futbolxeber.az saytının məlumatına görə, toplantının yekununda mühüm qərarlar veriləcəyi gözlənilir.

Xüsusən bu il iyun-iyul aylarında Bakı da daxil olmaqla Avropanın 12 şəhərində keçirilməsi nəzərdə tutulan Avropa çempionatının gələn yaya kimi təxirə salınacağı gözlənilir.

Kiçik bir ehtimala görə isə Avro-2020 bu ilin dekabrında da ola bilər. Bundan başqa, yerli liqaların yayda başa çatdırılması barədə qərar veriləcəyi bildirilir.

Toplantıda Çempionlar Liqası və Avropa Liqası ilə bağlı qərarlar da veriləcək. Hazırda təxirə salınan yarışlar yarımfinaldan etibarən “Dördlər final”ı formasında keçirilə bilər. Bu turnir üç oyundan (2 yarımfinal, 1 final) ibarətdir. Matçların İstanbul (Çempionlar Liqası) və Qdanskda (Avropa Liqası) təşkil edilməsi təklif olunacaq.

Qadınlar arasında Avropa çempionatı, eləcə də U-21-lərin qitə çempionatının da başqa tarixə keçiriləcəyi ehtimal edilir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30