25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Xarici futbol

“Azərbaycan millisinə yuxarıdan-aşağı baxmağa haqqımız yoxdur”

“Düşünürəm ki, püşkün nəticəsinə sevinməliyik. Bizə yad olmayan rəqiblərlə bir qrupa düşdük. Hamısı ilə oynamışıq".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Azərbaycan yığmasının UEFA Millətlər Liqasındakı rəqiblərindən olan Monteneqro millisinin futbolçusu Marko Bakiç deyib.

Hazırda Belçika "Muskron"unda çıxış edən 27 yaşlı yarımmüdafiəçi bildirib ki, C Liqasında yer aldıqları qrupda Azərbaycan, Lüksemburq və Kipr yığmalarına yuxarıdan-aşağı baxmağa haqqları yoxdur: "Düzdür, uğursuz seriyadan sonra qrupda kiməsə yuxarıdan-aşağı baxmağa haqqımız yoxdur. Amma komandamızın keyfiyyəti və üstün tərəfləri 1-ci yer haqqında düşünməyə əsas verir. Turnirə hazırlaşmaq üçün vaxtımız var. Martın sonunda Podqoritsada yoldaşlıq oyunlarına start verəcəyik. Payıza qədər daha bir neçə qarşılaşma planlaşdırılıb".

Qeyd edək ki, Azərbaycan millisi C Liqasının 1-ci qrupunda Kipr, Lüksemburq və Monteneqro ilə üz-üzə gələcək. Yığma qrupda ilk oyununu sentyabrın 5-də Bakıda Lüksemburqa qarşı keçirəcək. Monteneqro ilə birinci görüş isə oktyabrın 9-da səfərdə olacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30