24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Xarici futbol

"Arsenal"ın üzvü: "Qarabağ"la oyundakı formamı divardan asmışam"

“Arsenal”ın yarımmüdafiəçisi Bukayo Saka Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la keçirilən oyunu xatırlayıb.

Futbolxeber.az saytının məlumatına görə, 19 yaşlı futbolçu açıqlamasında "Qarabağ"la matçın onun üçün xüsusi bir görüş olduğunu və bunu heç vaxt unutmayacağını bildirib:

“Əsas komandasında debütüm ötən il Ukraynada oldu. Səfərdə oynadığımız üçün ailəm orada olmadı. "Emireyts"dəki matçda isə ailə üzvlərimin hamısı gəlmişdi.  Bu, 17 yaşımın tamamından bir neçə ay sonra "Qarabağ"la Avroliqa oyununda oldu. Bir gün əvvəldən meydana start heyətində çıxacağımı demişdilər. Həmin gecəni yata bilməmişdim. Hətta atam da yata bilmədiyini mənə söyləmişdi. Məni dəstəkləmək üçün oyuna gəlmişdilər. Matçdan sonra necə xoşbəxt göründüklərin xatırlayıram. Həmin qarşılaşmada geyindiyim formanı özümlə götürdüm, evdə divardan asmışam”.

Xatırladaq ki, 2018-ci il dekabrın 13-də Londonda keçirilən “Arsenal” - "Qarabağ" görüşü meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30