23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Xarici futbol

Almeyda: "Mövsümün ən vacib qolunu vurdum"

"Çempionatda irəliləmək və titul qazanmaq üçün əla şansımız var. Bu fürsətdən istifadə etməliyik".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Birləşmiş Ərəb Əmirliklərinin "Baniyas" klubunda çıxış edən millimizin üzvü Riçard Almeyda yerli "Emirates Today" nəşrinə açıqlamasında deyib.

O, "Prezident kuboku"nun 1/4 final mərhələsində "Şabab Əl-Əhli" oyunda (1:0) komandasının qələbə, özünün isə ilk qolunu vurması haqda da danışıb: "Baniyas"ın bu mövsüm üçün ən vacib qoluna imza atdım. "Əl-Əhli" kimi böyük klubu məğlub etməyin ayrı ləzzəti var.  Ötən həftə yaxşı məşq etmişdik. Hamının bütün fikri kubokda mərhələ adlamaq idi. Təbii ki, qələbədə əsas rolu Şefer oynadı".

Almeyda bu mövsüm əsas hədəflərimizdən biri Asiya Çempionlar Liqasına vəsiqə qazanmaq olduğunu söyləyib: "Çempionatda birdən-birə titul qazanmaq barədə düşünməməliyik. Kubokda ağır oyun keçirərək yarımfinala vəsiqə qazanmışıq. Addım-addım irəliləməli, hər oyuna ciddi yanaşmalıyıq".

Qeyd edək ki, R.Almeyda qış transfer pəncərəsində "Qarabağ"dan ayrılaraq Birləşmiş Ərəb Əmirliklərinin klubuna transfer olunub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30