29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Xarici futbol

Hamit Altıntop: "Bakıda çoxlu sayda türk azarkeşimiz olacaq"

"Avropa çempionatındakı qrupumuz çox mürəkkəbdir. Amma biz məmnunnuq. İtaliyaya qarşı ilk oyun motivasiya üçün yaxşı olacaq. Çünki hər kəs bu matçı izləyəcək".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri Türkiyə Futbol Federasiyasının İcraiyyə Komitəsinin üzvü Hamit Altıntop "ay-ulduzlular"ın AVRO-2020-dəki şansları barədə danışarkən deyib.

38 yaşlı sabiq yarımmüdafiəçi bildirib ki, İtaliya ilə görüşdə qalib gəlsələr və ya heç-heçə etsələr, əla olacaq: "Sonra bizə öz ölkəmiz kimi olan Azərbaycanın paytaxtı Bakıda iki qarşılaşma keçirəcəyik. Stadionda çoxlu sayda türk azarkeşimiz olacaq. Növbəti mərhələyə yüksəlmək üçün yaxşı şansımız var. Yaxşı oyunçulardan ibarət gənc komandamız mövcuddur. Bu çempionat komandanın gələcəyi üçün yaxşı bir təcrübə olacaq".

Ölkəsində "Qalatasaray", Almaniyada "Bavariya", İspaniyada isə "Real Madrid"in formasını geyinmiş sabiq oyunçu yığmanın çempionatda nəyə qadir ola biləcəyi barədə suala da cavab verib: "İlk oyunun necə getdiyini görmək lazımdır. Bu matçlarda bir az şansa da ehtiyacımız var. Təsnifat mərhələsində dünya çempionu olan Fransanı məğlub etdik. Yaxşı gündə istənilən rəqibi məğlub edə bilərik".

Qeyd edək ki, AVRO-2020-nin təqviminə əsasən, iyunun 13-də Bakı Olimpiya Stadionunda A qrupunun Uels - İsveçrə oyunu keçiriləcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Bundan başqa, iyulun 4-də 1/4 final mərhələsinin bir oyunu Bakıda gerçəkləşəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31