29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Xarici futbol

Şenol Güneş: “İki oyunumuzun Bakıda olması bizim üçün üstünlükdür"

“Təlim-məşq toplanışı keçəcəyimiz yeri müəyyənləşdirmişik. Oyun proqramı da hazırlamışıq. Martda Sloveniya və Avstriya ilə yoldaşlıq matçları keçirəcəyik. Ardınca Azərbaycan, Şimali İrlandiya,  Xorvatiya və İrlandiya ilə oyunlarımız olacaq”. 

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Türkiyə millisinin baş məşqçisi Şenol Güneş "Haber Global" telekanalında qatıldığı verilişdə deyib.

Avro-2020-yə hazırlıq barədə danışan təcrübəli mütəxəssis Bakıdakı matçlarda özlərini ev sahibi kimi hiss edəcəklərini bildirib: “İtaliya ilə açılış oyununundan sonra Bakıya gedəcəyik və orada iki görüş keçirəcəyik. Bakıda özümüzü ev sahibi kimi görürük. Turniri Türkiyəyə verməsələr də, iki oyunumuzun Bakıda olması bizim üçün üstünlükdür".

Ş.Güneş bəzi zədəli futbolçuların artıq sıraya dönmək üzrə olduğunu da qeyd edib: "Merih Demiral bizə xeyir verən futbolçudur. Turnirə qatılmasını istəyirəm. Amma ona qədər sıraya dönüb-dönməyəcəyini bilmirəm. Yusuf Yazıcı yaxşılaşır. Abdulkadir Ömür iki həftəyə qayıdacaq. Dorukan Toköz də zədəsini sağaltmaq üzrədir".

Xatırladaq ki, Türkiyə millisi Bakıda iyunun 17-si Uels, iyunun 21-də isə İsveçrə ilə qarşılaşacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31