20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Xarici futbol

"Balayevin "Barselona"da deyil, Qazaxıstanda oynaması daha realdır"

Azərbaycan millisinin qapıçısı Emil Balayevin karyerasını elə Qazaxıstanda davam etdirmə ehtimalı olduqca yüksəkdir.

Futbolxeber.az saytının sports.kz-ya istinadən verdiyi məlumata görə, son mövsümü "Tobol" klubunda keçirən, hazırda isə azad agent olan qolkiper Qazaxıstan Premyer Liqası təmsilçilərindən birinə keçə bilər.

"Ötən il çempionatımızın ən yaxşı qapıçılarından biri olan Emil Balayevi yeni mövsümdə Qazaxıstanda bəlkə də görə bilməyəcəyik. Burada hər şey əvvəlki nümunələrdə olduğu kimi birmənalı deyil. Emilin menecerləri öz aləmində istedadlı qapıçını "Barselona"ya göndərə biləcəklərini iddia edə bilərlər. Ancaq bu, faktdır ki, azərbaycanlı qolkiperin Qazaxıstan Premyer Liqasında çıxış edən klublardan birinə keçməsi daha realdır. Hələlik hadisələri qabaqlamaq istəmirik", - deyə yazıda bildirilir.

Qeyd edək ki, Emil Balayev erməni mütəxəssis Qriqori Babayanın "Tobol"a baş məşqçi təyin olunmasından sonra Kostanay təmsilçisindən ayrılıb. Hazırda azad agent olan 26 yaşlı qapıçının adı Türkiyə, Belçika, Rusiya və Qazaxıstan klubları ilə birgə hallanır.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30