20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Xarici futbol

Zlatko Daliç: "Azərbaycanla oyunda vacib 2 xal itirdik"

Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç Avro-2020-nin seçmə mərhələsində Bakıda Azərbaycan yığması ilə keçirdikləri oyunu xatırlayıb.

Futbolxeber.az-ın məlumatına görə, o, FİFA-nın rəsmi saytına müsahibəsində Bakıda vacib iki xal itirdiklərini bildirib:

"Tez-tez deyirəm ki, birlik qrupun ən vacib keyfiyyətidir. Bu, təsnifat mərhələlərində bir daha özünü göstərdi. Avro-2020-nin seçmə mərhələsində bir neçə uğursuz nəticəmiz oldu. Macarıstanda uduzduq və Azərbaycan millisi ilə oyunda vacib 2 xal itirdik. Ancaq reaksiya hər zaman fantatik idi. Budapeştdəki məğlubiyyətdən sonra Uelslə görüşdə qələbə qazandıq və Slovakiyanı 4 cavabsız qolla məğlub edərək parlaq oyun keçirdik. Kapitanımız Luka Modriçin də həmin çətin vaxtlarda liderliyi öz üzərinə götürməsi çox önəmli idi. O, digər nisbətən yaşlı futbolçularla birgə bütün komandaya inam verirdi" - Daliç deyib.

Xatırladaq ki, Xorvatiya millisi seçmə mərhələnin 6-cı turunda Bakıda yığmamızla 1:1 bərabərə qalıb. Daliçin komandası qrupu lider kimi başa vuraraq Avro-2020-nin final mərhələsinə vəsiqə qazanıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30